--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

5 nəfəri ölümdən qaytardılar — İsmayıllıda çay qəzası

Aysel Əlibəyli 28 May 2026 · 11:49 1205 baxış

Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobil suyun güclü axını nəticəsində hərəkətsiz qalaraq içindəki 5 nəfəri köməksiz vəziyyətdə saxlayıb.

FHN-in xilasetmə qrupları operativ müdaxilə edərək onların hamısını təhlükəsiz şəkildə çıxarıb. ELPRESS.az apa-a istinadən verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. 1980-ci il təvəllüdlü Cümşüd Hüseynovun idarə etdiyi “Niva” markalı avtomobil çayda sürətli su axını ilə üzləşərək irəliləyə bilməyib. Sürücü və 4 sərnişin nəqliyyat vasitəsində köməksiz qalıb.”112″ qaynar xəttinə daxil olan çağırışa əsasən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə yola düşüb. Əməliyyat şəraiti qiymətləndirildikdən sonra keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildəki bütün şəxslər sağ-salamat xilas edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Otlaqda dincələn zaman ilan onun baş nahiyəsindən sancdı.

Next Article

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Taylandda Tanınmış Bloqerlərin Qəzaya Düşdüyü Anlar

Aysel Əlibəyli 04 İyun 2026 · 18:34 1158 baxış Azərbaycanlı tanınmış bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət məqsədilə səfər etdikləri Taylandda yol qəzası ilə üzləşiblər. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tanınmış […]

Məktəb rəhbəri dünyasını dəyişdi

Aysel Əlibəyli 30 May 2026 · 00:12 1150 baxış Şəmkirdə tanınmış məktəb direktoru vəfat etdi 21 il sözügedən məktəbə rəhbərlik edən Alidə Hüseynova sağlamlıq problemləri səbəbindən dünyasını dəyişib. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mərhum […]

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Aysel Əlibəyli 18 İyul 2026 · 11:53 1066 baxış Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Elpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazirliyin “112” […]

Qaradağda dəhşətli qəza

Aysel Əlibəyli 11 İyul 2026 · 20:27 1068 baxış Bakının Qaradağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Elpress.az xəbər verir ki , Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. İlkin […]