--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Moskvada kilsə qarşısında hücum: bir nəfər öldürülüb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:19 1038 baxış

Kürəklə insanlara hücum edən şəxs silahla vurularaq öldürülüb

Elpress.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada kilsələrdən birinin yaxınlığında insident baş verib.Hadisə şəhərin Maryino rayonunda qeydə alınıb. Əlində kürək olan şəxs kilsədən çıxan insanlara hücum edib. Daha sonra hadisə yerinə gələn təcili yardım əməkdaşlarından birinə də hücum edərək onun başına kürəklə zərbə endirib.Ağır xəsarət alan tibb işçisi xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.Hücum edən şəxsə qarşı kilsəyə gələn şəxslərdən biri odlu silahdan istifadə edib. Nəticədə hücum edən şəxs güllə yarası alaraq hadisə yerində ölüb. Atəş açan şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.İlkin məlumata görə, insanlara hücum edən şəxsin əvvəllər psixiatrik dispanserdə qeydiyyatda olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Next Article

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tovuzda faciəvi qəza: 25 yaşlı sürücü öldü

Aysel Əlibəyli 16 Avqust 2026 · 09:39 1034 baxış Tovuzun Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Elpress.az xəbər verir ki, “Ford” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə elektrik dirəyinə, daha sonra […]

Qaradağda anbarda yanğın: Təhlükəsizlik tədbirləri görülür

Elşən 12 May 2026 · 07:47 1100 baxış Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğın hadisəsi ilə əlaqədar polis əməkdaşları dərhal əraziyə yönləndirilib. Elpress.az -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin […]

Traktoru geriyə sürərkən anasının ölümünə səbəb oldu

Aysel Əlibəyli 19 May 2026 · 10:59 1116 baxış Ucarda oğul traktoru ilə anasını vuraraq ölümünə səbəb olub Elpress.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Ucar rayonunda ölümlə nəticələnən iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrdən […]