--:--:-- | 26 İyun 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Doğma Cəbrayıla Qayıdış Böyük Xoşbəxtlikdir”

Elşən 25 May 2026 · 08:36 78 baxış

Cəbrayıl rayonundan məcburi köçkün düşəndə cəmi 17 yaşı var idi. İllərlə doğma yurd həsrəti ilə yaşayan Ruhiyə Yadigarova bu gün, artıq 50 yaşına çatdığı bir vaxtda, böyük sevinc və qürur hissi ilə öz doğma kəndi Şükürbəyliyə qayıdır. O, bu tarixi günü həyatının ən unudulmaz anlarından biri kimi dəyərləndirib.

Elpress.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Ruhiyə Yadigarova bildirib ki, illər boyu doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyiblər. O, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə isə sağlamlıq və uzun ömür arzulayıb.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların qəhrəmanlığı sayəsində bu günləri yaşayırıq. Uzun illərdən sonra doğma elimizə, obamıza dönmək çox böyük xoşbəxtlikdir. Bu sevincin sözlə ifadəsi çətindir”, – deyə o vurğulayıb.

Ruhiyə Yadigarova qeyd edib ki, ailəsi ilə birlikdə yenidən doğma kəndində yaşayacaq olmaq ona xüsusi qürur verir. O, Cəbrayılın yenidən qurulmasını, kəndlərdə həyatın bərpa olunmasını böyük ruh yüksəkliyi ilə izlədiyini bildirib.

O bildirib ki, illərlə çəkilən həsrətə baxmayaraq, doğma yurda olan bağlılıq heç vaxt azalmayıb. Bu gün isə həmin həsrətin yerini sevinc, qürur və böyük ümid hissləri əvəz edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hezbollah İsrailə qarşı 28 əməliyyat keçirdiyini açıqlayıb

Next Article

Xəzər dənizində 3,4 Ballıq Zəlzələ Qeydə Alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhid anası vəfat edib

Aysel Əlibəyli 13 İyun 2026 · 21:49 34 baxış Gəncədə şəhid Ceyhun İsmayılovun anası vəfat edib. Türanə Bayramova bir müddət əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən vəfat edib.Mərhum İmamzadə qəbiristanlığında son mənzilə yola salınıb və […]

Bələdiyyə başçısı Günay həbs edildi — səbəb nədir?

Aysel Əlibəyli 27 May 2026 · 13:16 48 baxış Türkiyənin İzmir şəhərində yerli idarəetmə orqanını əhatə edən geniş miqyaslı korrupsiya əməliyyatı keçirilib, bir neçə nəfər həbs edilib. ELPRESS.AZ Milli.az-a istinadən verdiyi məlumata görə, İzmir Respublika […]

Bakıda qatar yolunda ölümlə nəticələnən hadisə

Aysel Əlibəyli 02 İyun 2026 · 09:21 100 baxış Bakının Nərimanov rayonunda qatar yoluna çıxan kişi həlak olub. Elpress.az apa-ya istinadən verdiyi məlumata görə, Anar Quliyev qatar tərəfindən vurulub və aldığı ağır xəsarətlər nəticəsində hadisə […]