--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Balakəndə qarğıdalı sahəsindən külli miqdarda narkotik götürülüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1028 baxış

Polis əməliyyatı zamanı 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkarlanıb

Elpress.az xəbər verir ki, Balakən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb.Daxili İşlər Nazirliyinin məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasında şübhəli bilinən 52 yaşlı Elman Balagözov saxlanılıb.Araşdırma zamanı onun yaşadığı evdə və rayon ərazisində yerləşən qarğıdalı sahəsində yetişdirdiyi 185 ədəd çətənə kolu, həmçinin ümumilikdə 21 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.Qeyd olunur ki, saxlanılan şəxs daha əvvəl də analoji cinayətə görə məhkum olunub.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Balagözov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

General-mayor Abbasəli Novruzov dəfn olunub

Next Article

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda və bölgələrdə ağaclar qanunsuz kəsildi

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 19:05 1012 baxış Elpress.az xəbər verir ki, son bir həftə ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz […]

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 17:44 1022 baxış Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında dəyişiklik müşahidə olunması ilə bağlı yayılan məlumatlar araşdırılır. Elpress.az xəbər verir ki, sosial […]

Biləsuvarda mübahisə qanlı sonluqla bitib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:05 1022 baxış Dərvişli kəndində 42 yaşlı kişi kəsici alətlə öldürülüb, 16 yaşlı şübhəli saxlanılıb Elpress.az xəbər verir ki, Biləsuvar rayonunda kənd sakinləri arasında yaranan mübahisə ölümlə nəticələnib.Hadisə avqustun […]