--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Aysel Əlibəyli 09 İyul 2026 · 15:00 1106 baxış

Xırdalan bələdiyyəsinin sabiq sədri Orxan Musayev barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və iş məhkəməyə göndərilib.

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı müəyyən olunub ki, Orxan Musayev 2020–2025-ci illərdə Xırdalan bələdiyyəsinin sədri vəzifəsində çalışarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib. İstintaqın qənaətinə görə, o, bələdiyyəyə məxsus 1,92 hektar torpaq sahəsini 75 nəfərə qanunvericilikdə nəzərdə tutulan qiymətdən aşağı məbləğə satmaqla bələdiyyəyə 600 min manatdan artıq ziyan vurub.Araşdırma zamanı onun vəzifə mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsədiyi və israf etdiyi, həmçinin tamah niyyəti ilə rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətdiyi də müəyyən edilib.Toplanmış sübutlar əsasında Orxan Musayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıdan 76 istiqamətə müntəzəm aviareyslər həyata keçirilir

Next Article

MİQ imtahanlarının başlanacağı tarix məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Salyanda iki avtomobil toqquşdu: ölən və yaralananlar var

Aysel Əlibəyli 25 Avqust 2026 · 22:18 1060 baxış Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Elpress.az xəbər verir ki, qəza köhnə Bakı-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib.İlkin məlumata görə, iki minik […]

ABŞ-də güclü zəlzələ qeydə alınıb.

Aysel Əlibəyli 03 İyun 2026 · 19:55 1190 baxış ABŞ-nin Oreqon ştatının sahilləri yaxınlığında güclü zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.Yeraltı təkanların maqnitudası 5,7-yə qədər yüksəlib və seysmoloqlar bunu potensial […]

FHN Gəncədə ticarət mərkəzində yanğın təlimi keçirdi

Aysel Əlibəyli 01 İyul 2026 · 13:14 1096 baxış Fövqəladə vəziyyətə hazırlıq: Gəncədə ticarət mərkəzində genişmiqyaslı yanğın təlimi keçirildi Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yerləşən ticarət mərkəzlərindən birində […]

Bəzi rayonlarda güclü külək müşahidə olunacaq. 🌬️

Aysel Əlibəyli 26 May 2026 · 13:44 1220 baxış Mayın 27-də bölgələr üzrə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı səviyyəli xəbərdarlıq elan edilib. 🌬️ Elpress.az-a Milli Hidrometeorologiya məlumat verir, Mingəçevir, Şəki, Zaqatala, […]