--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda 135 nömrəli avtobus yanıb – sərnişinlər son anda xilas oldu

Aysel Əlibəyli 06 İyul 2026 · 13:03 26 baxış

Bakıda Avtovağzal istiqamətində hərəkət edən 135 nömrəli marşrut avtobusunda yanğın baş verib.

Elpress.az-ın əldə etdiyi məlumata görə, alov qısa müddətdə avtobusu bürüyüb. Hadisə zamanı sürücü və sərnişinlər nəqliyyat vasitəsini vaxtında tərk etdiklərindən xəsarət alan olmayıb.

Yanğın daha sonra yol kənarındakı ağaclara da keçib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və alovun söndürülməsi istiqamətində tədbirlər görülüb.

Yanğının başvermə səbəbi araşdırılır. Hadisə ilə bağlı rəsmi məlumat daxil olduqca əlavə məlumat təqdim edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Binəqədidə məktəbin qarşısında qəza

Next Article

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sərhəddə qanunsuz keçid cəhdi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:46 112 baxış İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq keçmək istəyən Əfqanıstan vətəndaşları müəyyən edilərək saxlanılıblar. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən verilən məlumata əsasən, iyun ayının 1-də Dövlət Sərhəd […]

Traktoru geriyə sürərkən anasının ölümünə səbəb oldu

Aysel Əlibəyli 19 May 2026 · 10:59 74 baxış Ucarda oğul traktoru ilə anasını vuraraq ölümünə səbəb olub Elpress.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Ucar rayonunda ölümlə nəticələnən iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrdən […]