--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Diyarbəkirdəki görüntülərlə bağlı yayılan iddia təkzib olunub

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 15:55 1044 baxış

İranın “Sahar Azəri” telekanalının Diyarbəkirdə çəkilmiş görüntüləri Azərbaycanla əlaqələndirərək təqdim etdiyi iddia mübahisə doğurub. Kadrların əslində başqa məqsədlə təşkil olunan tədbirə aid olduğu bildirilir.

Elpress.az xəbər verir ki, İran dövlət televiziya və radio qurumunun Azərbaycan dilində yayımlanan kanalı görüntüləri “azərbaycanlı hicablılara dəstək” aksiyası kimi təqdim edib.

Lakin oktyabrın 11-də Türkiyənin Diyarbəkir şəhərinin Sur bölgəsində lentə alınan kadrların bu iddia ilə əlaqəsi olmadığı qeyd olunur. Məlumata görə, “Niyet ettim Tesettüre, Emrin başım üstüne” adlı tədbir ilk dəfə hicab bağlayan qızlar üçün təşkil edilib.

Tədbir çərçivəsində yürüş keçirilib və dini şüarlar səsləndirilib. Beləliklə, görüntülərin Azərbaycanla bağlı aksiya kimi təqdim edilməsi ilə bağlı iddia təkzib olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Peskov: Rusiya Ukrayna ilə uzunmüddətli sülh istəyir

Next Article

Nardaranda məktəbin qarşısında dini şüarlar səsləndirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazı qlobal narahatlıq yaratdı

Aysel Əlibəyli 30 May 2026 · 00:28 1196 baxış Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının (WTO) rəhbərləri Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə xəbərdarlıq yayıblar. Elpress.az Azərtac-a […]

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 1110 baxış Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil […]

Azərbaycan həyat keyfiyyəti reytinqində 81-ci pillədə qərarlaşıb

Aysel Əlibəyli 23 İyul 2026 · 23:31 1064 baxış Beynəlxalq hesabatda dünyanın həyat keyfiyyəti üzrə ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. Elpress.az xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb.Hesabata əsasən, ölkəmiz həyat keyfiyyəti göstəricisinə görə […]