--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Aysel Əlibəyli 26 Avqust 2026 · 20:40 1114 baxış

Elpress.az xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.Mədəniyyət naziri Adil Kərimli yeni incəsənət məktəbində görülən işlər və yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Bilgəh İncəsənət Məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətinin optimallaşdırılması nəticəsində yaradılıb.Qeyd olunub ki, 1987-ci ildə inşa edilmiş Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası illər ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşüb. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.Müasir standartlara uyğun şəkildə təchiz edilən məktəbdə musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltəraşlıq və dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana, qarderob və yeməkxana yaradılıb.Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də aparılıb.

Yeni təhsil ocağının Bilgəh sakinlərinin, xüsusilə də uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya daha iki yaşayış məntəqəsinə nəzarət etdiyini açıqlayıb

Next Article

Bakının 3 ərazisində yol ötürücülərində hərəkət məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Böyük Britaniyanın yeni səfirini qəbul edib

Aysel Əlibəyli 18 Avqust 2026 · 22:14 1060 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. Elpress.az xəbər verir ki, etimadnaməsini dövlət […]

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Aysel Əlibəyli 01 İyul 2026 · 13:04 1128 baxış Səfərlər daha maraqlı olacaq: ADY vağzalda pulsuz kitab layihəsinə başladı Bakı Dəmiryol Vağzalında sərnişinlərin asudə vaxtını daha səmərəli keçirməsi məqsədilə yeni sosial-mədəni layihəyə start verilib.“Azərbaycan Dəmir […]

Əli Hacı Ağaevlidən Nəsiminin şərəfinə yeni şeir

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 22:17 1358 baxış Elpress.az xəbər verir ki, şair Əli Hacı Ağaevli böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə yeni poetik əsər təqdim edib. “Uca, Nəsiminin şərəfinə” adlanan şeirdə Nəsimi yaradıcılığının […]

İlham Əliyev MDB Kulinariya Festivalı ilə tanış olub

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 22:24 1064 baxış Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin Milli Kulinariya Festivalının təqdimatında iştirak edib. Elpress.az xəbər verir ki, dövlət başçısı festival çərçivəsində nümayiş etdirilən milli mətbəx nümunələri ilə […]