--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda sürücüsüz nəqliyyat vasitələri üçün hüquqi baza yaradıldı

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:05 1104 baxış

Azərbaycanda avtonom nəqliyyat dövrü başlayır: Sürücüsüz avtobus, metro və yük avtomobillərinin istifadəsinə icazə verilir

Elpress.az xəbər verir ki, Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklərlə avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin istifadəsi üçün hüquqi baza formalaşdırılıb. Yeniliklərə əsasən, sürücüsüz avtobuslar, metro qatarları, avtonom yük nəqliyyatları, habelə uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemləri qanuni şəkildə fəaliyyət göstərə biləcək. Bu nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi xüsusi ərazilərdə istismara buraxılacaq.Nəqliyyat vasitəsində sürücü olmasa da, xüsusi operator məsafədən idarəetmə mərkəzindən sistemi izləyəcək və zərurət yarandıqda müdaxilə edəcək. Sistemlərdən əldə olunan məlumatlar real vaxt rejimində dövlət informasiya sistemlərinə ötürülərək ən azı 6 ay saxlanılacaq. Həmçinin bu nəqliyyat vasitələri üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı da tətbiq ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ailə 3,75 saniyəyə yeni Ginnes rekorduna imza atdı

Next Article

AYNA 6 yeni ekspres avtobus marşrutunu istifadəyə verir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 14:49 1100 baxış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayımlayıb. Elpress.az xəbər verir ki, paylaşımda Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunması, […]

Bakıdakı 205 nömrəli məktəbdə “Son zəng” sevinci yaşanıb

Aysel Əlibəyli 13 İyun 2026 · 14:38 1276 baxış Bu gün Bakı şəhəri 205 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Məzunlar üçün təşkil olunan mərasimdə məktəbi bitirən şagirdlər həyatlarının mühüm mərhələlərindən birinə uğurla […]