--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

MİQ imtahanlarının başlanacağı tarix məlum oldu

Aysel Əlibəyli 09 İyul 2026 · 15:03 1104 baxış

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək.

Elpress.az xəbər verir ki, Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib. Onun sözlərinə görə, imtahanların təşkili üçün ölkənin 23 şəhərində yerləşən 56 imtahan mərkəzi tam hazır vəziyyətə gətirilib. Bu infrastruktur sayəsində eyni vaxtda 11 mindən çox namizədin imtahanda iştirak etməsi mümkün olacaq.Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, bu il yaradılan imkanlar və iştirakçı sayının nəzərə alınması nəticəsində ibtidai sinif müəllimliyi üzrə namizədlər də digər fənlər kimi eyni gün və eyni saatda imtahan verəcəklər.Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən ödənişli əsaslarla keçirilir və iştirak haqqı 60 manat təşkil edir. Bununla yanaşı, qanunvericiliyə əsasən müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsi üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad edilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Next Article

Media eksperti: Prezidentə yüksək etimadın əsas səbəbləri açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstirahət zonalarında polis gücləndirilmiş rejimdə xidmət aparır

Aysel Əlibəyli 09 Avqust 2026 · 16:53 1066 baxış Elpress.az xəbər verir ki, isti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq, həmin ərazilərdə polis əməkdaşlarının fasiləsiz […]

Məktəb seçiminə start verildi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:06 1098 baxış Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb Elpress.az xəbər verir ki, Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçimi başlayıb. Tədris digər dillərdə aparılan […]

Bakıda bəzi yollarda sıxlıq yaranıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:16 1060 baxış Paytaxtın əsas prospekt və şoselərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, səhər saatlarında […]

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Aysel Əlibəyli 26 İyun 2026 · 14:55 1116 baxış Elpress.az xəbər verir ki, iyunun 27-si axşam saatlarından başlayaraq 28-i səhərədək Bakıda və Abşeron yarımadasında intensiv leysan yağışlarının yağacağı proqnozlaşdırılır. Havanın ildırımlı keçəcəyi, gecə saatlarında isə […]