Şeyxülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələrin həll olunacağına inandığını bildirib.
Elpress.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri “Real TV”yə müsahibəsində məsələ ilə bağlı fikirlərini bölüşüb.
O, məktəbli geyimi ilə bağlı qərarın hicabla əlaqələndirilməsini düzgün hesab etmədiyini deyib. Paşazadənin sözlərinə görə, müvafiq qərarda hicab deyil, vahid məktəbli geyimi məsələsi əksini tapır.
Şeyxülislam bəzi şəxslərin dini və mənəvi dəyərlərdən istifadə edərək insanları dövlətə qarşı yönəltməyə çalışdığını iddia edib. O, dindarları dövlətçiliyə dəstək verməyə çağıraraq, bu məsələnin təhsil sahəsində həllini tapacağına ümid etdiyini vurğulayıb.


