--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıdan 76 istiqamətə müntəzəm aviareyslər həyata keçirilir

Aysel Əlibəyli 09 İyul 2026 · 14:56 1136 baxış

Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı ilin ilk yarısında 3,3 milyondan çox sərnişinə xidmət göstərib və hazırda 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirir.

Elpress.az xəbər verir ki, 2026-cı ilin birinci yarısında qlobal aviasiya sektorunda müşahidə olunan geosiyasi gərginliklərə və bir sıra hava məkanlarında tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Azərbaycan aviasiyası sabit fəaliyyətini qoruyub. Hesabat dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,334 milyon sərnişinə və 26 781 reysə xidmət göstərib. Sərnişinlərin təxminən 2,96 milyonu beynəlxalq istiqamətlər üzrə səyahət edib.İlk yarımildə transfer sərnişinlərinin sayında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, hava limanı vasitəsilə 275 mindən çox transfer sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artım deməkdir.Hazırda hava limanında tam xidmət göstərən, aşağıbüdcəli və hibrid model əsasında fəaliyyət göstərən ümumilikdə 40 aviaşirkət sərnişinlərə xidmət göstərir. “Air Serbia” və “FlyOne Asia” aviaşirkətlərinin fəaliyyətə başlaması marşrut şəbəkəsinin daha da genişlənməsinə imkan yaradıb və Bakıdan 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir.Bundan əlavə, ilin ilk altı ayında Azərbaycanın hava məkanında 180 mindən çox uçuşa aeronaviqasiya xidməti göstərilib. Tranzit uçuşların sayı 14,4 faiz artaraq 143 mini ötüb. Bu göstəricilər Azərbaycanın regional aviasiya və aeronaviqasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dram Teatrı yeni mövsümə böyük planlar və yeni layihələrlə hazırlaşır

Next Article

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda texnologiya yönümlü yeni universitet təklif edilib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:55 1046 baxış İnformasiya texnologiyaları üzrə ixtisaslaşan ayrıca ali məktəbin yaradılması təklif olunur Elpress.az xəbər verir ki, Azərbaycanda informasiya texnologiyaları və digər texnoloji istiqamətlər üzrə ixtisaslaşacaq ayrıca ali təhsil […]

Sabahın hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:04 1058 baxış Bakıda yağmursuz hava, bölgələrdə isə leysan və dolu ehtimalı var Elpress.az xəbər verir ki, Avqustun 29-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Aysel Əlibəyli 24 İyun 2026 · 08:39 1144 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə […]