--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakı-Sumqayıt taksiləri ilə bağlı qayda narazılıq yaradır

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:20 1068 baxış

Taksi sürücülərinin digər şəhərdən geri qayıdarkən sərnişin götürə bilməməsi həm sürücülərə, həm də sərnişinlərə təsir edir

Elpress.az xəbər verir ki, Bakı-Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti zamanı tətbiq olunan qaydalar sərnişin və sürücülər arasında narazılığa səbəb olub.Mövcud tələblərə əsasən, taksinin buraxılış kartı hansı şəhər üzrə verilibsə, sürücü digər şəhərdə sərnişin götürə bilmir. Bu səbəbdən Bakıdan Sumqayıta sərnişin aparan taksilər geri qayıdarkən boş hərəkət etməli olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə əks istiqamətdə taksi tapmaqda çətinlik çəkə və daha yüksək gediş haqqı ödəyə bilirlər.Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, problemin həlli zamanı gediş haqlarının müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiqi vacibdir. Onun sözlərinə görə, şəhərlərarası səfərlərdə yalnız şəhərdaxili tarif deyil, sürücünün geri dönüş zamanı qarşılaşdığı xərclər də nəzərə alınmalıdır.Digər nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, tətbiq olunan məhdudiyyətlərin əsas məqsədlərindən biri Bakıda taksi sayını və nəqliyyat sıxlığını azaltmaqdır. Onun sözlərinə görə, əvvəllər paytaxtda təxminən 75 min taksi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm əhəmiyyətli dərəcədə azaldılıb və sayın daha da aşağı salınması planlaşdırılır.Ekspert hesab edir ki, ətraf rayonlarda və Sumqayıtda qeydiyyatda olan taksilərin Bakıda sərbəst fəaliyyət göstərməsinə icazə verilməsi paytaxtda nəqliyyat sıxlığının yenidən artmasına səbəb ola bilər. O bildirib ki, hazırkı nəqliyyat siyasətinin əsas istiqamətlərindən biri insanların fərdi nəqliyyat vasitələrindən və taksidən daha çox ictimai nəqliyyata yönləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İyulda 185,5 min nəfərə ailə başçısını itirməyə görə ödəniş verilib

Next Article

Norveç kralı xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Gənclik Mall”da xəbərdarlıq sistemi işə düşüb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:33 1046 baxış Ticarət mərkəzindəki xəbərdarlıq sisteminin texniki xəta səbəbindən aktivləşdiyi bildirilib Elpress.az xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində xəbərdarlıq sistemi texniki nasazlıq səbəbindən qısa müddətə işə düşüb.Hadisə […]

Bu gün ilin ən uzun günü yaşanır

Aysel Əlibəyli 21 İyun 2026 · 18:18 1166 baxış Elpress.az xəbər verir ki, iyunun 21-i saat 12:24-də Azərbaycanda astronomik yay fəsli başlayıb. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu tarixdə Şimal yarımkürəsində yay, Cənub […]

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:06 1080 baxış Tədbirdə təhlükəsizlik mədəniyyətinin və fövqəladə hallarla bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və Nazirliyin yanında İctimai Şuranın […]