--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Təmayül məktəblərində işləmək istəyən müəllimlərin müsahibəsi keçirilir

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:49 1062 baxış

Yeni tədris modeli üzrə müəllimlərin peşəkar bacarıqları qiymətləndirilir

Elpress.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlər üçün müsahibə mərhələsi davam edir.Müsahibələrə həm yeni modelin tətbiq olunduğu məktəblərdə, həm də paytaxtın digər ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər SMS vasitəsilə dəvət olunurlar.Qiymətləndirmə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə aparılır. Müsahibə zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri komissiyalar tərəfindən qiymətləndirilir.Müsahibədən uğurla keçən müəllimlərə nəticə ilə bağlı SMS vasitəsilə məlumat göndəriləcək.Hazırda yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyatı da davam edir. İndiyədək qabaqcıl pedaqoji təcrübəyə malik 5 mindən çox müəllim müsahibə mərhələsində iştirak etmək üçün müraciət edib.Yeni model tam orta təhsil səviyyəsində məktəblərin akademik imkanlarının gücləndirilməsini, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilini və onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafını dəstəkləməyi hədəfləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Salyanda 16 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alınıb

Next Article

Mahmut Demiryürek vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Aysel Əlibəyli 08 İyul 2026 · 15:04 1096 baxış Dövlət Miqrasiya Xidməti 2026-cı ilin ilk altı ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edib. Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, […]

“Gənclik Mall”da xəbərdarlıq sistemi işə düşüb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:33 1046 baxış Ticarət mərkəzindəki xəbərdarlıq sisteminin texniki xəta səbəbindən aktivləşdiyi bildirilib Elpress.az xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində xəbərdarlıq sistemi texniki nasazlıq səbəbindən qısa müddətə işə düşüb.Hadisə […]

Avqustda 70 aptekdə yoxlama aparılıb

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:34 1044 baxış Yoxlamalar zamanı 19 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib Elpress.az xəbər verir ki, 2026-cı ilin avqust ayında ölkə üzrə apteklərdə nəzarət tədbirləri həyata keçirilib.Ay ərzində ümumilikdə 70 […]