--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

10 illik həbs tələbi — prokuror mövqeyini açıqladı

Aysel Əlibəyli 27 May 2026 · 21:30 1152 baxış

Auditorlar Palatasının əməkdaşlarına qarşı iki ildən artıq davam edən məhkəmə prosesi yekun mərhələsinə çatıb.

ELPRESS.az Qafqazinfo- a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki iclasda prokuror ittiham nitqi ilə çıxış edib. İş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi və baş mühasibi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və mühasib Fəridə Novruzova mühakimə olunur.Prokuror üç müttəhimin xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək hərəsinə 10 il həbs cəzası verilməsini tələb edib. Bundan əlavə, bu günə qədər azadlıqda olan müttəhimlərin məhkəmə zalında dərhal həbs edilməsi də tələb olunub.Təqsirləndirilən şəxslərə son söz üçün, onların vəkillərinə isə müdafiə çıxışına hazırlaşmaq üçün müvafiq vaxt tanınıb. Qeyd edək ki, həmin üç nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə 700 min manat mənimsəməkdə ittiham olunurlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp İrana hücum ehtimalını açıq saxladı

Next Article

Rubiodan mühüm açıqlama — TRIPP sülhün açarıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Oktyabrın 1-i üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:30 1084 baxış Bakıda yağış əsasən gözlənilmir, bölgələrdə leysan və dolu ehtimalı var Elpress.az xəbər verir ki, Oktyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən […]

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:08 1102 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, […]

Vəkillər Kollegiyasında mühüm qərarlar qəbul edildi

Aysel Əlibəyli 06 İyun 2026 · 11:59 1188 baxış İyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti və qarşıda duran […]