--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

YAP Türkiyədə Azərbaycanla bağlı səsləndirilən fikirlərə münasibət bildirib

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 15:33 1014 baxış

Yeni Azərbaycan Partiyası Türkiyənin siyasi dairələrində Azərbaycanla bağlı səsləndirilən açıqlamalara etiraz edib və rəsmi Ankaranı ikitərəfli münasibətlərə xələl gətirə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

Elpress.az xəbər verir ki, partiyanın Mətbuat xidmətinin yaydığı bəyanatda Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının fikirləri tənqid olunub.

YAP hesab edir ki, Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycanla bağlı qərəzli məlumatların yayılması son dövrlərdə daha sistemli xarakter alıb. Bəyanatda vurğulanıb ki, iki ölkə arasındakı tarixi dostluq və siyasi tərəfdaşlıq qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanmalıdır.

Partiya “Bir millət, iki dövlət” prinsipinin mahiyyətinin təhrif edilməsinin yolverilməz olduğunu bildirib. Qeyd olunub ki, bu ifadə Azərbaycan və Türkiyənin müstəqil dövlətlər kimi bərabərhüquqlu münasibətlərini nəzərdə tutur.

Açıqlamada Azərbaycanın dünyəvi dövlət quruluşu, dini etiqad azadlığı və təhsil siyasəti ilə bağlı məsələlərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə də etiraz edilib. YAP vurğulayıb ki, ölkədə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir, dini müxtəliflik isə cəmiyyətin zənginliyi kimi qiymətləndirilir.

Bəyanatda Azərbaycanın Fələstin məsələsindəki mövqeyinə də toxunulub. Bildirilib ki, Bakı Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyir, münaqişənin beynəlxalq hüquq və BMT qətnamələri əsasında, paytaxtı Şərqi Qüds olmaqla iki dövlət prinsipi çərçivəsində həllini müdafiə edir.

YAP İslam dünyasında həmrəyliyin bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının vacibliyini qeyd edib. Partiya Türkiyənin siyasi dairələrini Azərbaycanla bağlı açıqlamalarda məsuliyyətli mövqe tutmağa və iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Next Article

Elçin Məsiyev UEFA Avropa Liqasının oyununu idarə edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-İran sazişi: Regionda sülhün başlanğıcı?

Aysel Əlibəyli 15 İyun 2026 · 18:04 1122 baxış ABŞ və İran arasında mümkün razılaşma Yaxın Şərqin təhlükəsizlik sisteminə və qlobal enerji bazarlarına təsir göstərə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Analitiklərin fikrincə, proses üç […]

Norman etimadnaməsinin surətini Bayramovaya təqdim edib.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:32 1198 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün United Kingdomın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normani qəbul edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi […]

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 13:36 1140 baxış Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Çin və İtaliyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Li, […]

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Aysel Əlibəyli 04 İyul 2026 · 15:30 1132 baxış Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm institusional dəyişiklik həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli […]