Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının liqa mərhələsinin ikinci turunda hakimlər briqadasına rəhbərlik edəcək.
Elpress.az xəbər verir ki, oktyabrın 15-də Sloveniyada keçiriləcək “Selye” – “Omoniya” qarşılaşması azərbaycanlı hakimlərə həvalə olunub.
Məsiyevin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Fərid Hacıyev dördüncü hakim, italiyalı Luka Payretto VAR hakimi, Nicat İsmayıllı isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.


