--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ağdərədə müəmmalı tapıntı: Sümük qalıqları itkin ailəyə aid ola bilər

Aysel Əlibəyli 30 May 2026 · 10:41 1223 baxış

Ağdərədə tapılan sümük qalıqları 1992-ci ildə itkin düşən ailəyə aid ola bilər

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkar edilib.

ELPRESS.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, qalıqlar kənd sakini Bəxtiyar Əsgərovun ailəsinə məxsus evdə apardığı axtarışlar zamanı üzə çıxıb.İlkin ehtimallara əsasən, sümük fraqmentləri 1992-ci ildə itkin düşmüş Qəribovlar ailəsinin üzvlərinə aid ola bilər.Xatırladaq ki, 1992-ci il martın 12-də Baş Güney kəndinin işğalı zamanı ailənin beş üzvü – Balay Qəribov, həyat yoldaşı Saray İsmayılova, qızları Zabilə və Ramilə Ələsgərovalar, həmçinin nəvəsi Nərgiz Xudaverdiyeva itkin düşüb. Onların taleyi ilə bağlı indiyədək dəqiq məlumat əldə edilməyib.Ailənin sağ qalan yeganə üzvü Bəxtiyar Əsgərov uzun illərdir yaxınlarının aqibətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.Aşkarlanan qalıqlar aidiyyəti qurumlar tərəfindən götürülərək ekspertizaya göndərilib. Onların kimə məxsus olduğu məhkəmə-tibbi və DNT analizlərinin nəticələrindən sonra müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazı qlobal narahatlıq yaratdı

Next Article

Oğuzda yol qəzası: 2 nəfər yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elektron siqaretlər mülki dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:15 1097 baxış Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunla elektron siqaretlərin mülki dövriyyəsi tam qadağan edildi Elpress.az xəbər verir ki, Azərbaycanda elektron siqaretlər və onların hissələri mülki dövriyyədə olmasına […]

Heydər Əliyevin regional inkişaf irsi müzakirə olunub

Elşən 23 Aprel 2026 · 18:08 1166 baxış Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşəbbüsü ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusuna həsr olunmuş konfrans təşkil olunub. ELPress.az-ın Azərtac-a […]