--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yaydı

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:21 1088 baxış

Azərbaycanın dövlət suverenliyinin tam bərpası regionda yeni siyasi reallığın formalaşmasına və davamlı sülh perspektivlərinin genişlənməsinə şərait yaradıb.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı yaydığı bəyanatda bildirilib.Nazirlik qeyd edib ki, 20 sentyabr Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir.

2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Bəyanatda vurğulanıb ki, 24 saatdan az müddətdə başa çatan əməliyyatın əsas məqsədi Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycan ərazisindən çıxarılması olub.XİN bildirib ki, həmin tarixi prosesdə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, hərbi hazırlığı və qəhrəmanlığı mühüm rol oynayıb. Nazirliyin məlumatına görə, antiterror tədbirləri zamanı mülki əhalinin və mülki infrastrukturun təhlükəsizliyinə xüsusi diqqət yetirilib, hədəflər qanunsuz silahlı birləşmələrə məxsus legitim hərbi obyekt və infrastrukturlar olub.Nazirliyin bəyanatında qeyd olunub ki, suverenliyin bərpası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda uzunmüddətli sülhün formalaşdırılması üçün yeni şərait yaradıb. Azərbaycan tərəfi bundan sonra da sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək normallaşma istiqamətində ardıcıl addımlar atıb.XİN 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşü də sülh prosesinin mühüm mərhələlərindən biri kimi qiymətləndirib.Bildirilib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar yalnız sülh və sabitlik baxımından deyil, regionun iqtisadi imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Nəqliyyat və logistika əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətlərinin bərpası və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.Nazirlik hesab edir ki, mövcud sülh imkanından istifadə edilərək Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həlli xüsusi əhəmiyyət daşıyır.

Bəyanatda Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işlərinə də diqqət çəkilib. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, həmin ərazilərin davamlı inkişafı, mina təhlükəsinin aradan qaldırılması və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi əsas istiqamətlər sırasında göstərilib.XİN vurğulayıb ki, Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığını ifadə edən əlamətdar tarixdir.

Bu gün həmçinin ölkənin suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsinə ehtiramın ifadəsi kimi xüsusi məna daşıyır.

Bəyanatın sonunda Azərbaycanın dövlət suverenliyinin əbədi, bölünməz və toxunulmaz olduğu vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Next Article

Azərbaycan XİN Pakistana başsağlığı verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu həftə səma möhtəşəm mənzərə təqdim edəcək

Aysel Əlibəyli 10 İyun 2026 · 12:11 1126 baxış Bu həftə axşam saatlarında səmanı izləyənləri maraqlı astronomik mənzərə gözləyir. Gün batımından sonra qərb üfüqündə Günəş sisteminin ən parlaq planetləri olan Venera və Yupiter bir-birinə olduqca […]

Peşə təhsilində yeni ixtisaslar açılacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:52 1110 baxış Sənayeyönümlü peşə ixtisaslarının tədrisi genişləndiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda peşə təhsili müəssisələrində müasir əmək bazarının tələblərinə uyğun sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək.Prezident İlham Əliyevin təsdiqlədiyi **“Məşğulluq […]