--:--:-- | 14 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Universitetlərə ixtisas seçiminin başlanacağı tarix açıqlandı

Aysel Əlibəyli 29 İyul 2026 · 10:21 1058 baxış

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin başlanacağı vaxt məlum olub.

Elpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında məlumat verib.Onun sözlərinə görə, blok və qabiliyyət imtahanlarının nəticələri, eləcə də apellyasiya prosesi başa çatdıqdan sonra ixtisas seçiminə start veriləcək.

Bildirilib ki, qəbul planı avqustun əvvəlində “Abituriyent” jurnalında dərc olunacaq, ixtisas seçiminin isə ənənəvi qaydada avqustun 10-dan sonra keçirilməsi nəzərdə tutulur.Vəfadar Misirov qeyd edib ki, bu il də xüsusilə IV ixtisas qrupu üzrə yüksək rəqabət gözlənilir. Onun sözlərinə görə, tibb ixtisaslarına qəbul zamanı əsas mübarizə yüksək bal toplayan abituriyentlər arasında olacaq.

Aparat rəhbəri əlavə edib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində universitetlərin təhsil imkanları, təqaüd proqramları və maddi-texniki bazası barədə geniş məlumat təqdim olunur. Sərgidə 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, eləcə də bir sıra aidiyyəti qurumlar iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın sabiq səfiri Hacan Hacısoy vəfat edib

Next Article

Rusiya Pavel Durov barəsində beynəlxalq axtarış proseduruna başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı Zooparkı yenidən təşkil olunur

Aysel Əlibəyli 23 İyul 2026 · 13:02 1050 baxış Bakı Zooparkı Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşdiriləcək Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək yeni […]

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Aysel Əlibəyli 22 May 2026 · 17:45 1116 baxış Bakıda keçirilən WUF13 çərçivəsində bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə tədbiri baş tutub. Elpress.az- ın Qafqazinfo- a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasim zamanı […]

Hövsanda suyun verilişində fasilə olacaq

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:42 1026 baxış Qəzanın aradan qaldırılması ilə əlaqədar Hövsan kəndində su təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Hövsan kəndini içməli su ilə təmin edən su xəttində baş vermiş […]

Azərbaycanda 2 avtomat və 13 tüfəng aşkarlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:33 1024 baxış Polis bir gündə silah-sursat və müxtəlif çaplı patronlar götürüb Elpress.az xəbər verir ki, Avqustun 21-də Azərbaycan ərazisində polis əməkdaşları tərəfindən müxtəlif növ odlu silah və sursatlar […]