--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:23 1056 baxış

Daxili işlər naziri Sumqayıtda 585 vətəndaşın müraciətini dinləyib

Elpress.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhərində vətəndaşlarla görüş keçirib, həmçinin polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışında iştirak edib. Görüş Prezident İlham Əliyevin tapşırığı və bölgələr üzrə vətəndaş qəbulu qrafikinə uyğun olaraq avqustun 31-i və sentyabrın 1-də təşkil olunub.Səfər zamanı nazir əvvəlcə Sumqayıtda Heydər Əliyevin abidəsini ziyarət edib və Ulu Öndərin xatirəsini ehtiramla yad edib.Daha sonra Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşların qəbulu keçirilib. Görüş zamanı 585 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların problemlərinin qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə həlli üçün aidiyyəti struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılması tələb olunan məsələlər isə nəzarətə götürülüb.Vilayət Eyvazovun Sumqayıta səfəri çərçivəsində polis və daxili qoşunlarda xidmət etmək istəyən gənclər üçün sıra baxışı da keçirilib. Xidmətə qəbul tələblərinə cavab verən 458 namizəd seçim prosesinin növbəti mərhələsinə keçib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskvada kilsə qarşısında hücum: bir nəfər öldürülüb

Next Article

34 il əvvəl atasını öldürən şəxs saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB-də bir sıra vəzifələr üzrə dəyişiklik edilib

Aysel Əlibəyli 17 Avqust 2026 · 18:55 1044 baxış Elpress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur və kadr dəyişiklikləri aparılıb. Məlumata görə, TƏBİB-in İcraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər […]

Payız Azərbaycana sentyabrın 23-də gələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 13:00 1036 baxış Azərbaycanda astronomik payız sentyabrın 23-də səhər saatlarında başlayacaq Elpress.az xəbər verir ki, Azərbaycanda astronomik payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 04:05:08-də başlayacaq.Bu vaxt payız […]

Bakıda və bölgələrdə güclü külək gözlənilir

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:44 1046 baxış Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 27–30-u tarixlərində ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar […]

Azərbaycanda 2 avtomat və 13 tüfəng aşkarlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:33 1028 baxış Polis bir gündə silah-sursat və müxtəlif çaplı patronlar götürüb Elpress.az xəbər verir ki, Avqustun 21-də Azərbaycan ərazisində polis əməkdaşları tərəfindən müxtəlif növ odlu silah və sursatlar […]