--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:21 1074 baxış

İki ümumi və bir üz-çənə cərrahının ixtisasına uyğun olmayan əməliyyatlar keçirdiyi müəyyən edilib

Elpress.az xəbər verir ki, Ötən ay tibb müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Nəticədə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.Yoxlamalar zamanı müəyyən edilən pozuntular arasında sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi fəaliyyət göstərilməsi, lisenziyada nəzərdə tutulmayan xidmətlərin göstərilməsi, istifadə müddəti başa çatmış və ya dövlət qeydiyyatından keçməmiş dərmanlardan istifadə olunması, yoxlamaya maneə yaradılması və lisenziyasız tibbi fəaliyyətin həyata keçirilməsi halları yer alıb.Araşdırmalar zamanı daha bir ciddi pozuntu da müəyyən edilib. Belə ki, iki ümumi cərrah və bir üz-çənə cərrahının öz ixtisaslarına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları apardıqları aşkarlanıb. Hər üç faktla bağlı qanunvericiliyin müvafiq maddəsinə əsasən ayrıca protokol hazırlanıb.Mütəxəssislər bildirirlər ki, tibbi xidmətlərin qanunvericiliyin tələblərinə zidd göstərilməsi insanların sağlamlığı və həyatı üçün ciddi risk yarada bilər. Bu səbəbdən tibb müəssisələrində aparılan yoxlamalar zamanı aşkar edilən pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.Aşkarlanmış qanun pozuntuları barədə məlumatların aidiyyəti dövlət qurumlarına təqdim edildiyi və nəzarət tədbirlərinin davam etdirildiyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda gənclərin iqlim fəaliyyətində rolu müzakirə edilib

Next Article

Kəlbəcərdə ilk əmək yarmarkası keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şimal rayonlarında Anım Günü tədbirləri keçirilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:25 1090 baxış Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızıda şəhidlərin xatirəsi anılıb Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın şimal rayonlarında şəhidlərin xatirəsinə […]

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1092 baxış Təlimə 196 nəfər və 42 texnika cəlb olunub Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin […]

Tütün istehsalı 20 faizə yaxın artıb

Aysel Əlibəyli 20 İyun 2026 · 18:32 1118 baxış Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda siqaret istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkə […]