--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Sabahın hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:04 1050 baxış

Bakıda yağmursuz hava, bölgələrdə isə leysan və dolu ehtimalı var

Elpress.az xəbər verir ki, Avqustun 29-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava hökm sürəcək. Gün ərzində yağıntı ehtimalı azdır. Şimal-qərb küləyinin arabir güclənəcəyi bildirilir. Bakıda və Abşeronda gecə temperaturu 21-25°, gündüz isə 28-31° isti olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% təşkil edəcək.Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, gecə və axşam saatlarında ayrı-ayrı yerlərdə qısamüddətli intensiv leysan, şimşək və dolu müşahidə oluna biləcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman yaranacaq.Rayonlarda temperaturun gecə 20-25°, gündüz 32-36° isti, dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 20-25° isti olacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əraqçi: ABŞ təzyiq siyasətindən əl çəkməlidir

Next Article

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Diqqət! Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 00:09 1038 baxış Elpress.az xəbər verir ki, sentyabrın 14-də Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Yasamal rayonunda […]

Bu il 900-dən çox uşağa ananın soyadı verilib

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:48 1050 baxış Azərbaycanda bu il 924 uşağa ananın soyadının verilməsi rəsmiləşdirilib Elpress.az xəbər verir ki, Azərbaycanda 2026-cı ilin əvvəlindən etibarən 38 514 uşağa atasının, 924 uşağa isə anasının […]

FHN-dən çımərliyə gedənlərə xəbərdarlıq

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:47 1052 baxış Küləkli hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi: Çimərliklərdə dənizə girmək həyati təhlükə yaradır Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli […]

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:35 1038 baxış Avqustun 16-da Bakıda və bir sıra bölgələrdə güclü külək gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 16-da ölkə ərazisinin bir sıra yerlərində gözlənilən güclü […]