--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Sabah bəzi bölgələrdə temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 14:09 1124 baxış

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək, bəzi rayonlarda temperaturun 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Paytaxt və Abşeronda havanın temperaturu gecə 21–26° isti, gündüz isə 28–32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70–80 faiz, gündüz isə 50–60 faiz təşkil edəcək.Rayonlarda da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər.Havanın temperaturu rayonlarda gecə 21–26° isti, gündüz 35–38° isti, bəzi yerlərdə isə 40°-dək isti olacaq. Dağlıq ərazilərdə gecə 14–18°, gündüz isə 24–29° isti gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moldova Rusiyaya etiraz notası təqdim etdi

Next Article

Nihat Kahveci saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustda əlavə qeyri-iş günü olmayacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:50 1106 baxış 2026-cı ilin istehsalat təqviminə əsasən, avqust ayında əlavə qeyri-iş günü nəzərdə tutulmayıb. Elpress.az xəbər verir ki, 2026-cı il üzrə iş vaxtı norması və istehsalat təqviminə əsasən, […]

Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 10:02 1108 baxış Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin siyasiləşdirilməsinə etiraz edib. Elpress.az xəbər verir ki, Forum bəyanatında xarici internet resurslarında Azərbaycanın […]

Lukaşenko Mehriban Əliyevanı təbrik etdi

Aysel Əlibəyli 25 Avqust 2026 · 22:03 1110 baxış Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, Lukaşenko məktubunda Mehriban Əliyevanın Azərbaycanın inkişafına verdiyi […]

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1098 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]