--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Paraplanla narkotik daşıyanlar ifşa olundu

Aysel Əlibəyli 27 May 2026 · 13:07 1138 baxış

Biləsuvar rayonunda paraplan vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik aşkar edilib, bununla bağlı iki nəfər saxlanılıb.

Elpress.az-ın DİN Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən ümumilikdə 47 kiloqram marixuana və tiryək, həmçinin 10 104 ədəd psixotrop tərkibli həb müsadirə edilib. Ötürülən lokasiya məlumatı əsasında narkotikləri əldə edən əvvəllər məhkum olunmuş 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev tutularaq Rayon Polis Şöbəsinə təhvil verilib. Araşdırmalar zamanı müəyyən olunub ki, hər iki şəxs həmin narkotikləri paytaxta gətirərək satışa çıxarmağı planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib. İstintaq davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Next Article

Bələdiyyə başçısı Günay həbs edildi — səbəb nədir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:06 1092 baxış Tədbirdə təhlükəsizlik mədəniyyətinin və fövqəladə hallarla bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və Nazirliyin yanında İctimai Şuranın […]

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində işıq kəsiləcək

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:43 1094 baxış “Azərişıq”dan xəbərdarlıq: Təmir işləri ilə əlaqədar Yasamal və Nərimanovda elektrik enerjisinin verilişində fasilə olacaq Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, avqustun 10-da profilaktik təmir-təftiş […]

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:16 1092 baxış Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə təkrar imtahanların nəticələri artıq elan olunub. İmtahanda iştirak edən şagirdlər öz nəticələri ilə müəyyən edilmiş […]

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Aysel Əlibəyli 07 İyul 2026 · 11:17 1106 baxış Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyim tələbləri vahid qaydada müəyyən ediləcək. Elpress.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan […]