--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Naxçıvanda bəzi ərazilərdə elektrik kəsiləcək

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:30 1030 baxış

Şəhərin bir sıra küçə və yaşayış məntəqələrində elektrik enerjisi bir saatlıq dayandırılacaq

Elpress.az xəbər verir ki, Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən verilən məlumata görə, fasilə avqustun 20-də 110/35/10 kV-luq “Xalçaçılıq” yarımstansiyasında aparılacaq yenidənqurma işləri ilə əlaqədar baş verəcək.Yenidənqurma işləri “AzərEnerji” ASC-nin “Naxçıvan Enerji” MMC-si tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində enerji təchizatı müvəqqəti dayandırılacaq.Elektrik enerjisinin verilişi avqustun 20-də saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, İstiqlal küçəsində yerləşən 103, 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, eləcə də Abbasqulubəy Şadlinski, Nizami Gəncəvi, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində dayandırılacaq.Həmçinin 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində və Əliabad qəsəbəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Next Article

Naxçıvanda şəhid ailələri və qazilərə yeni mənzillər verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda bazar günü 40 dərəcəyədək isti olacaq

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:24 1024 baxış Bakı və Abşeronda temperatur 36, bölgələrdə isə 40 dərəcəyə yüksələcək Elpress.az xəbər verir ki, Avqustun 23-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]

600-dən çox bal toplayanların bir qismi tibbə qəbul olmayacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:24 1034 baxış DİM sədri IV qrup üzrə yüksəkballı abituriyentlərin qəbul şansları barədə danışıb Elpress.az xəbər verir ki, IV ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərin hamısının tibb ixtisaslarına […]

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Aysel Əlibəyli 11 İyun 2026 · 17:27 1108 baxış Milli Hidrometeorologiya Xidməti ölkənin bir sıra ərazilərində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb. Elpress.az xəbər verir ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, […]