--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Müşfiqabad hövzəsində yeni kanalizasiya sistemi qurulur

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:30 1042 baxış

Xırdalan və ətraf qəsəbələrdə tullantı sularının idarə olunması üçün yeni kollektor və təmizləyici qurğu tikilir

Elpress.az xəbər verir ki, Müşfiqabad hövzəsində kanalizasiya infrastrukturunun yenilənməsi istiqamətində layihənin icrası davam etdirilir.Layihə çərçivəsində gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun inşası həyata keçirilir. Yeni sistem Xırdalan şəhəri ilə yanaşı, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində yaranan tullantı sularının vahid şəbəkə vasitəsilə toplanaraq daşınmasına və müasir texnologiyalarla təmizlənməsinə imkan verəcək.İnfrastrukturun istifadəyə verilməsi Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma ehtimalının azaldılmasına və ərazidə sanitar şəraitin yaxşılaşdırılmasına şərait yaradacaq. Layihənin ekoloji təhlükəsizliyin gücləndirilməsinə də töhfə verməsi gözlənilir.Tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Layihə tamamlandıqdan sonra kanalizasiya kollektoru, sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və digər yardımçı obyektlər vahid infrastruktur kompleksi kimi fəaliyyət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xark adasında tankerə raket zərbəsi endirilib

Next Article

İstanbulda hoteldə yanğın: 12 nəfər xəsarət alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heydər Əliyevin regional inkişaf irsi müzakirə olunub

Elşən 23 Aprel 2026 · 18:08 1136 baxış Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşəbbüsü ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusuna həsr olunmuş konfrans təşkil olunub. ELPress.az-ın Azərtac-a […]

Tələbələr üçün süni intellekt təlimi keçirilib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:13 1040 baxış “AI4Real Bootcamp” proqramında 14 universitetdən 26 tələbə iştirak edib Elpress.az xəbər verir ki, Azercell-in təşəbbüsü və dəstəyi, ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “AI4Real Bootcamp” intensiv təlim […]