--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kimlər Günəşdən qorunmalıdır?

Aysel Əlibəyli 31 İyul 2026 · 12:39 1032 baxış

Mütəxəssis xəbərdarlıq etdi: bu şəxslər Günəş şüalarından uzaq durmalıdır

Elpress.az xəbər verir ki, Günəş işığının insan orqanizmi üçün bir sıra faydaları olsa da, bəzi şəxslər üçün onun təsiri arzuolunmaz nəticələrə səbəb ola bilər.Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Sevinc İbadovanın sözlərinə görə, Günəş şüaları dəridə D vitamininin yaranmasını stimullaşdırır, sümük sağlamlığını və immun sistemini dəstəkləyir. Günəş işığının serotonin səviyyəsinə təsiri isə əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər.Bununla belə, dəri xərçəngi və ya iltihabi dəri xəstəlikləri olan şəxslərə Günəş şüalarından qorunmaq tövsiyə edilir. Açıq çəhrayı dəriyə sahib insanlar da ultrabənövşəyi şüalara daha həssas olduqları üçün günəş altında keçirdikləri vaxta diqqət etməlidirlər.Mütəxəssis həmçinin bəzi insanlarda Günəş şüalarına qarşı allergik reaksiyaların yarana biləcəyini bildirib. Belə hallarda dəridə qızartı və qaşınma kimi əlamətlər müşahidə oluna bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada almanın qiyməti kəskin düşdü

Next Article

İlham Əliyev: Mərkəzi Asiya ilə əlaqələr prioritetdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Universitetlərə ixtisas seçiminin başlanacağı tarix açıqlandı

Aysel Əlibəyli 29 İyul 2026 · 10:21 1034 baxış Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin başlanacağı vaxt məlum olub. Elpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar […]

Bakıda beynəlxalq məhkəmə təlimi keçirilib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:28 1030 baxış Bakıda Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində beynəlxalq məhkəmə təlim proqramı təşkil olunub. Elpress.az xəbər verir ki, Bakıda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçilərinin iştirakı […]

Abşeronda şəhidlər ehtiramla anılıb

Aysel Əlibəyli 21 İyul 2026 · 15:33 1028 baxış Abşeronda şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib Elpress.az xəbər verir ki, Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət […]

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Aysel Əlibəyli 08 İyul 2026 · 15:04 1044 baxış Dövlət Miqrasiya Xidməti 2026-cı ilin ilk altı ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edib. Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, […]