--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İyulda temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 18:57 90 baxış

Yay qızmar keçəcək: Azərbaycanda iyul ayı üçün hava proqnozu açıqlandı

İyul ayında Azərbaycanda hava şəraitinin əsasən isti və quru keçəcəyi, bəzi günlərdə isə temperaturun yüksək həddə çatacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ay ərzində ölkə üzrə orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı proqnozlaşdırılır. Yağıntıların miqdarının isə ümumilikdə norma səviyyəsində qalacağı, bəzi bölgələrdə isə normadan bir qədər artıq ola biləcəyi ehtimal edilir.İyulun ilk günündə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı və dolu düşməsi ehtimalı olduğu bildirilir. Növbəti günlərdə isə havanın tədricən sabitləşəcəyi və əksər rayonlarda əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında iyul ayında orta temperaturun 25-28 dərəcə isti olacağı, gecə saatlarında 21-26 dərəcə, gündüzlər isə 29-34 dərəcə isti müşahidə ediləcəyi bildirilir. Ayın ikinci və üçüncü ongünlüyündə bəzi günlərdə havanın temperaturu 36-40 dərəcəyə qədər yüksələ bilər.Naxçıvan Muxtar Respublikasında temperaturun bəzi günlərdə 37-40 dərəcəyə çatacağı, qərb bölgələrində isə 37-39 dərəcə isti hava şəraitinin olacağı proqnozlaşdırılır.Mərkəzi aran rayonlarında isti hava daha çox hiss olunacaq. Burada bəzi günlərdə temperaturun 38-42 dərəcəyə yüksələcəyi gözlənilir.Şimal və dağlıq ərazilərdə hava nisbətən sərin keçəcək. Lakin bəzi günlərdə temperaturun yüksəlməsi mümkündür.Ümumilikdə, iyul ayında Azərbaycanda əsasən isti yay havası müşahidə olunacaq, bəzi bölgələrdə isə güclü istilər qeydə alınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Skuterdən telefon oğurlayan şəxs saxlanıldı

Next Article

Anar Bayramov işğaldan azad olunan ərazilərdəki tibb müəssisələrində olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 74 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 46 baxış Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə […]

Azərbaycanda temperatur yüksəlir

Aysel Əlibəyli 10 İyun 2026 · 12:45 98 baxış İyunun 11-də Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən […]