--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Himayədar ailə olmaq prosesi sadələşdirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:36 1036 baxış

Himayədar valideyn olmaq istəyənlər üçün təlim və uşağın seçilməsi mərhələləri qısaldılıb

Elpress.az xəbər verir ki, Himayədar ailə modelinin tətbiqi və valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiyası ilə bağlı prosedurlar sadələşdirilib.Yeni dəyişikliklər himayədar ailə olmaq istəyən vətəndaşların müraciət prosesinin daha əlçatan və çevik təşkilinə, eləcə də onların daha qısa müddətdə himayədar valideyn kimi fəaliyyətə başlamasına imkan verir.Hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində müsahibəyə cəlb olunur və onların maddi-məişət şəraitinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla keçən namizədlər minimum üç gün davam edən təlimlərə cəlb edilirlər.Yeni qaydalara əsasən, himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda keçirilməsi də mümkün olacaq.Təlimin sonunda keçirilən qiymətləndirmədə müsbət nəticə göstərən namizədlərin istəkləri nəzərə alınmaqla onlara uyğun uşağın seçilməsi müddəti də azaldılıb. Əvvəllər 7 iş günü olan bu müddət 5 iş gününə endirilib.Bundan başqa, himayədar ailə prosesinin ayrı-ayrı mərhələləri üzrə qərarların qəbul edilməsi müddəti konkretləşdirilərək 3 iş günü müəyyən olunub. Bu mərhələlərə müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması daxildir.Dəyişikliklər nəticəsində uşağın himayədar ailəyə keçidi üçün tələb olunan minimal müddətin 2 həftəyədək azaldılması mümkün olub.Himayədar ailə institutu valideyn himayəsindən müxtəlif səbəblərdən məhrum olan uşaqların ailə əsaslı qayğı ilə təmin edilməsində və onların müəssisələrdən ailə mühitinə reinteqrasiyasında mühüm rol oynayır.Qeyd edilib ki, indiyədək 87 uşaq himayədar ailələrə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lavrov: Ermənistanın Aİ-yə üzvlük istəyi tezliklə yox olacaq

Next Article

Elçin Əmirbəyov: Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1052 baxış Təlimə 196 nəfər və 42 texnika cəlb olunub Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin […]

Azərbaycanda 4 ayda 21 mindən çox ölüm qeydə alınıb

Aysel Əlibəyli 18 İyun 2026 · 14:05 1146 baxış Bu ilin yanvar-aprel aylarında ölkə üzrə 21 277 ölüm halı rəsmiləşdirilib. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.Məlumata əsasən, ötən ilin […]

BMU komandası nazirliyin proqramında birinci oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:10 1084 baxış Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komanda Müdafiə Sənayesi Nazirliyinin elmi proqramında ən yüksək nəticəni əldə edib. Elpress.az xəbər verir ki , Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı […]

20 sentyabr üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:30 1050 baxış Bakıda əsasən yağmursuz hava, dağlıq rayonlarda yağış və şimşək gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 20-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında […]