--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Həkimlərin maaşında yeni model: pasiyent sayı və xidmət keyfiyyəti əsas götürüləcək

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 22:55 1056 baxış

Elpress.az xəbər verir ki, ambulator tibbi xidmət göstərən həkimlərin əməkhaqqının hesablanmasında yeni yanaşma tətbiq olunur.

Dəyişikliklə həkimlərin əlavə ödənişlərinin yalnız göstərilən xidmətlərin sayına deyil, həm də pasiyent məmnuniyyəti və tibbi xidmətin keyfiyyətinə bağlanması nəzərdə tutulur.Yeni sistemdə hər pasiyentə görə hesablanan kiçik faizli ödənişlərin əvəzinə həkimlər üçün aylıq qəbul göstəricisinə uyğun sabit əlavə ödəniş müəyyənləşdiriləcək.

TƏBİB-in məlumatına əsasən, Bakı, Sumqayıt, Gəncə və Abşeron üzrə ambulator qəbul aparan həkimlər üçün əlavə ödənişlər belə olacaq:

Gündəlik orta pasiyent sayı Aylıq əlavə ödəniş

22 pasiyent 1 200 manat

30 pasiyent 1 600 manat

36 pasiyent 1 800 manat

Beləliklə, məsələn, poliklinikada çalışan həkim gündə orta hesabla 30 pasiyent qəbul edərsə, vəzifə maaşından əlavə 1 600 manat əldə edə bilər.Yeni mexanizmin əsas məqsədlərindən biri tibbi xidmətin daha pasiyentyönümlü qurulmasıdır. Eyni zamanda, həkimlərin göstərdikləri xidmətin keyfiyyətinə görə daha yüksək maddi həvəsləndirilməsi nəzərdə tutulur.

TƏBİB bildirir ki, xidmətin keyfiyyəti və pasiyent məmnunluğu nə qədər yüksək qiymətləndirilərsə, həkimin əldə etdiyi əlavə ödəniş də bir o qədər artacaq.Bu yanaşmanın həkimləri pasiyentlərlə daha diqqətli və keyfiyyətli ünsiyyət qurmağa, göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə təşviq edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Next Article

Bakının əsas yollarında sıxlıq müşahidə olunur – SİYAHI

Bəlkə də, sizin üçün maraqlı olar ...;

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Elşən 18 May 2026 · 07:32 1120 baxış Türkiyənin aparıcı televiziya kanalları, xəbər portalları, informasiya agentlikləri və çap mediası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə geniş reportajlar yayımlayıb. Materiallarda forumun beynəlxalq əhəmiyyəti və qlobal […]

Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 20 İyun 2026 · 13:19 1120 baxış Sabah Azərbaycanda hava şəraitinin əsasən sabit keçəcəyi, bəzi bölgələrdə isə yağış yağacağı gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında […]

Bakıda Beynəlxalq Minatəmizləmə Konfransının son paneli keçirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:37 1034 baxış Livan, Kamboca, Bosniya və Herseqovina və Serbiyanın mina təhlükəsi ilə mübarizə təcrübəsi təqdim olunub Elpress.az xəbər verir ki, Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında “Təhlükəsiz yaşayış […]