--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Həkimdən kosmetik vasitələrlə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:41 1062 baxış

Kosmetik məhsulların istifadəsi zamanı yararlılıq müddəti və gigiyenik qaydalara diqqət edilməlidir

Elpress.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Sanitar-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov kosmetik vasitələrdən istifadə zamanı diqqət edilməli vacib məqamları açıqlayıb.Mütəxəssis bildirib ki, saxta məhsullardan qorunmaq üçün ilk növbədə kosmetik vasitələrin yararlılıq müddəti, qablaşdırılması və gigiyenik sertifikatı yoxlanılmalıdır. Qablaşdırmada göstərilən “6M/12M” işarələri isə məhsul açıldıqdan sonra onun neçə ay ərzində təhlükəsiz istifadə edilə biləcəyini göstərir.Tərkibində paraben, sulfat və sintetik ətir olan, eləcə də istilik altında saxlanılan kosmetik vasitələrdən uzaq durmaq tövsiyə olunur. Ucuz və saxta məhsullarda qurğuşun, civə kimi ağır metalların olması isə sağlamlıq üçün təhlükə yarada bilər.Həkim həmçinin kosmetik vasitələrin başqaları ilə paylaşılmasının yolverilməz olduğunu vurğulayıb. Ortaq istifadə edilən tuş və göz qələmləri göz infeksiyalarının, dodaq boyaları herpesin, makiyaj fırçaları isə müxtəlif infeksiyaların yayılmasına səbəb ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanda olub

Next Article

Şəmkirçayda müasir sutəmizləmə kompleksi fəaliyyət göstərir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Subbakalavrların qəbul narazılığı

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:50 1094 baxış Ali məktəblərə imtahansız qəbul qaydaları dəyişdi: Subbakalavrlar narazıdır, DİM-dən cavab gəldi Elpress.az xəbər verir ki, Ölkədə bəzi subbakalavrlar ali təhsil müəssisələrinə qəbul qaydalarındakı son dəyişikliklərdən narazılıqlarını […]

Azərbaycanda yağışlı hava müşahidə olunur

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:24 1074 baxış Dağlıq və dağətəyi ərazilərdə şimşək çaxır, bəzi rayonlara leysan düşür Elpress.az xəbər verir ki, Azərbaycanda bəzi bölgələrdə qeyri-sabit hava şəraiti müşahidə edilir.Avqustun 11-i saat 11:00-a olan […]

Abşeron Xəstəxanasında KT cihazı niyə işləmir?

Aysel Əlibəyli 18 İyun 2026 · 16:20 1207 baxış Abşeron Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) cihazının olmaması ilə bağlı məsələ gündəmə gəlib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı […]