--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şəmkirçayda müasir sutəmizləmə kompleksi fəaliyyət göstərir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:49 1058 baxış

Şəmkirçay su anbarındakı kompleks Gəncə, Şəmkir və Samuxun içməli su təminatında mühüm rol oynayır

Elpress.az xəbər verir ki, Şəmkirçay su anbarında formalaşan su ehtiyatları həm kənd təsərrüfatının suvarılmasında, həm də ölkənin qərb bölgəsində əhalinin içməli su ilə təminatında mühüm əhəmiyyət daşıyır. 2014-cü ildə istifadəyə verilən su anbarının ümumi tutumu 164 milyon kubmetrdir.Su anbarının yaxınlığında yerləşən Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi saniyədə 1,6 kubmetr su emal etmək gücünə malikdir. Kompleks 2020-ci ilin martında istifadəyə verilib və burada suyun təmizlənməsi üçün 7 qum süzgəcindən ibarət sistem fəaliyyət göstərir. Hər bir süzgəc saatda 800 kubmetr suyun emalını təmin edir.Təmizləmə mərhələsində su əvvəlcə iri hissəciklərdən ayrılır, daha sonra zərərsizləşdirilərək süzgəclərdən keçirilir. Emal olunmuş su yenidən zərərsizləşdirildikdən sonra ümumi tutumu 7 500 kubmetr olan üç su anbarında toplanır və istehlakçılara ötürülür.Kompleksdə suyun keyfiyyətinə xüsusi nəzarət edilir. Burada bulanıqlıq, qalıq xlorun səviyyəsi, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi kimi əsas parametrlər mütəmadi yoxlanılır. Süzgəclərin yuyulması prosesi isə avtomatlaşdırılmış SCADA sistemi vasitəsilə idarə olunur.Qurğunun fasiləsiz fəaliyyətini təmin etmək üçün ümumilikdə dörd su nasosu və iki kompressor quraşdırılıb. Onlardan üç nasos daimi istismar üçün, biri isə ehtiyat məqsədilə nəzərdə tutulub.Kompleksdən təmizlənən suyun müxtəlif yaşayış məntəqələrinə çatdırılması üçün geniş magistral su kəməri şəbəkəsi yaradılıb. Gəncə şəhərinə 27,5 kilometr, Şəmkir şəhərinə isə 17,5 kilometr uzunluğunda su kəmərləri çəkilib. Samuxun içməli su təminatının yaxşılaşdırılması üçün də Gəncə su anbarından şəhərə 10 kilometrlik magistral xətt inşa olunub. Bundan əlavə, Samux və Göygöl rayonlarının bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq üçün həmin xəttdən çıxışlar yaradılıb.Beləliklə, Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi Gəncə, Şəmkir və Samux şəhərlərinin, eləcə də ətraf yaşayış məntəqələrinin içməli su ilə təminatında mühüm infrastruktur obyektlərindən biri kimi fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həkimdən kosmetik vasitələrlə bağlı xəbərdarlıq

Next Article

“44” filminin premyera tarixi açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AAYDA-da yeni təyinat: Emin Quliyev müşavir oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:35 1106 baxış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin imzaladığı müvafiq əmrlə Emin Quliyev İdarə Heyəti […]

Şəhərətrafı qatarların cədvəli dəyişdirilir

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:12 1066 baxış Xırdalan–Biləcəri yolunda təmir işləri səbəbindən qatarların hərəkətində müvəqqəti dəyişiklik olacaq Elpress.az xəbər verir ki, Xırdalan–Biləcəri dəmir yolu sahəsində aparılan təmir işləri ilə əlaqədar şəhərətrafı qatarların hərəkət […]

Deputat: Bağça müəllimlərinin hamısı sertifikasiyadan keçməlidir

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 19:41 1038 baxış Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşə hazırlığının qiymətləndirilməsi və kadr çatışmazlıqlarının aradan qaldırılması üçün sertifikasiyanın əhəmiyyəti vurğulanıb. Elpress.az xəbər verir ki, deputat Ceyhun Məmmədov Modern.az-a açıqlamasında […]