--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Gəncədə iri ticarət mərkəzi hərraca çıxarıldı

Aysel Əlibəyli 23 İyul 2026 · 12:51 1026 baxış

Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” satış məqsədilə hərraca çıxarılıb.

Elpress.az xəbər verir ki, hərrac avqustun 11-də keçiriləcək. Obyektin ilkin qiyməti 18 milyon 400 min manat müəyyən edilsə də, ilk hərracda minimum satış qiyməti 15 milyon 640 min manat təşkil edəcək.

Məlumata görə, ticarət mərkəzinin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir. Obyekt kredit öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən satışa çıxarılıb.Bundan əvvəl də Elmar Vəliyevə məxsus “Grand Qafqaz Ticarət Kompleksi” bank borcuna görə hərraca çıxarılmışdı. Məhkəmə sənədlərinə əsasən, kredit borcu, faizlər və cərimələr daxil olmaqla bankın milyonlarla manatlıq maliyyə tələbi irəli sürülüb.

Qeyd edək ki, hərrac nəticəsində obyektin yeni sahibinin müəyyənləşəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müğənni Müjgan Ayxandan diqqətçəkən etiraf

Next Article

OpenAI modelinin kibertəhlükəsizlik insidenti

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhidlərin adı Cəlilabadın xəritəsinə həkk olundu

Aysel Əlibəyli 08 İyul 2026 · 21:41 1050 baxış Cəlilabad rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində növbəti addım atılıb. Elpress.az xəbər verir ki, rayonda beş küçəyə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin adları verilib. Bununla bağlı […]

Nazir müavini açıqladı: Bakıda ekspres avtobuslar niyə pulsuz olmayacaq?

Aysel Əlibəyli 06 Avqust 2026 · 14:19 1010 baxış Bakı Metropolitenində xətlərin ayrılması layihəsi: Rəhman Hümmətov ekspres avtobusların pulsuz olmama səbəbini açıqladı Elpress.az xəbər verir ki, Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin […]

Sabah havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 13 İyul 2026 · 10:57 1040 baxış Milli Hidrometeorologiya Xidməti iyulun 13-də ölkə ərazisində əsasən isti və yağmursuz hava şəraitinin hökm sürəcəyini açıqlayıb. Elpress.az xəbər verir ki , Milli Hidrometeorologiya Xidməti iyulun 13-nə […]