--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:07 1030 baxış

Şirvanda fövqəladə hallar zamanı əhalinin təxliyəsi və təhlükəsizliyi müzakirə olunub

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində fövqəladə hallara hazırlıq və bu hallar zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı seminar-müşavirə təşkil olunub.Tədbirdə fövqəladə halların əvvəlcədən proqnozlaşdırılması, mümkün risklərin qiymətləndirilməsi, təhlükəli ərazilərdən əhalinin köçürülməsinin təşkili, həmçinin maddi və mədəni sərvətlərin qorunması məsələləri diqqət mərkəzində saxlanılıb.Seminarda FHN-in Muğan Regional Mərkəzinin və bölgədə fəaliyyət göstərən digər qurumların əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, idarə və təşkilatların təmsilçiləri iştirak ediblər.Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxışında müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb. O, FHN-in regional mərkəzi ilə şəhərdəki aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət planlarının nəzərdən keçirildiyini bildirib.Muğan Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Orxan Bağırov isə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qurumlararası əməkdaşlığın vacibliyindən danışıb. Görüşdə mövcud vəziyyət, görülən işlər, qarşıya çıxan problemlər və onların həlli istiqamətləri də müzakirə edilib.Tədbir zamanı regional mərkəzin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda aparılmış monitorinqlərin nəticələrini əks etdirən fotoslaydlar nümayiş etdirilib. Sonda iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabahın hava proqnozu açıqlanıb

Next Article

Cəbrayılın iki kəndinə növbəti köç həyata keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sea Breeze”də tarixi arena qurulur

Aysel Əlibəyli 26 May 2026 · 17:35 1194 baxış “Sea Breeze” kurort kompleksi yeni və böyük bir layihə ilə genişlənir. Kompleksin ərazisində 50 min tamaşaçı tutumuna malik “Dream Arena” adlı konsert məkanının inşa edilməsi nəzərdə […]

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Aysel Əlibəyli 30 İyul 2026 · 16:49 1048 baxış Sabah çimərliklərdə külək güclənəcək, dəniz suyu 27 dərəcəyədək isinəcək Elpress.az xəbər verir ki, Sabah Abşeron yarımadasının çimərliklərində hava şəraitinin əsasən küləkli keçəcəyi gözlənilir.Gün ərzində şimal-qərb küləyinin […]

Sabiq şöbə müdiri susmadı: Yayılan xəbərlərə cavab verdi

Aysel Əlibəyli 05 İyun 2026 · 20:54 1162 baxış Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli haqqında cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan məlumatlara reaksiya verib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, […]