--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Birinci xanımlar Bişkekdə Qırğızıstanın mədəni irsi ilə tanış olublar

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:27 1030 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 1-də Bişkekdə müxtəlif ölkələrin birinci xanımlarının iştirakı ilə mədəni proqram təşkil olunub.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Qırğızıstanın birinci xanımı Aigul Japarova, Türkiyənin birinci xanımı Emine Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Penq Liyuan “Ala-Arça” Dövlət İqamətgahında bir araya gəliblər.
Tədbir çərçivəsində qonaqlara Qırğızıstanın dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi təqdim edilib. Sərgidə milli sənətkarlıq nümunələri, keçə məmulatları, ənənəvi məişət əşyaları və xalq ustalarının hazırladığı müxtəlif əl işləri nümayiş etdirilib.
Mədəni proqram zamanı qonaqlar Qırğızıstan xalqının qədim sənət ənənələri və zəngin milli irsi ilə yaxından tanış olublar.
Proqramın davamında musiqi və rəqs kompozisiyalarından ibarət konsert təqdim edilib. Uşaq və gənclərdən ibarət yaradıcı kollektivlərin çıxışları tədbirə xüsusi rəng qatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və NATO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Next Article

ABŞ İranın Hörmüz boğazına göndərdiyi hərbi texnikanı hədəfə alıb – “Al Hadath”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1117 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]

Dövlət başçısı Qırğızıstanda işgüzar səfərdə

Aysel Əlibəyli 31 Avqust 2026 · 13:37 1022 baxış Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərlə Qırğızıstana yollanıb. Elpress.az-ın məlumatına görə, səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək tədbirlərində iştirakdır. Məlumata əsasən, dövlət başçısının təyyarəsi […]

Bakının 6 əsas yolunda sıxlıq yarandı

Aysel Əlibəyli 23 İyun 2026 · 09:02 1116 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac […]