--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Baş Dövlət Yol Polis İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

Aysel Əlibəyli 24 May 2026 · 19:09 1156 baxış

Elpress.az -a daxil olan məlumata görə, İdarə Milli Hidrometeorologiya Xidmətinin proqnozuna istinad edərək bildirib ki, may ayının 25-26-da Bakı, Abşeron yarımadası və respublikanın bir sıra regionlarında müntəzəm olmayan güclü yağış, leysan, şimşək və şiddətli külək gözlənilir.

Bəzi ərazilərdə yağıntının qısa müddət ərzində kəskin güclənməsi, dolu, dağlıq zonalarda isə qar yağması istisna edilmir.Vurğulanıb ki, bu cür hava şəraiti yol hərəkəti üçün ciddi təhlükə yaradaraq qəzaların baş vermə ehtimalını yüksəldir. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi yolun bütün iştirakçılarına daha sayıq olmağı tövsiyə edir: “Sürücülər sürəti yol və hava şəraitinə müvafiq şəkildə tənzimləməli, nəqliyyat vasitələri arasındakı məsafəni artırmalı, ani manevr və lazımsız ötmələrdən uzaq durmalıdırlar. Görünüşün pisləşdiyi şəraitdə işıqlandırma avadanlıqlarından düzgün istifadə olunmalı, uzaq işıq əks istiqamətdən gələn sürücülərə maneçilik törətməməlidir. Piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, zəif görünmə şəraitində isə xüsusilə diqqətli hərəkət etməlidirlər. Küləkli havada moped, motosiklet və skuter istifadəçiləri daha ehtiyatlı olmalı, imkan daxilində hərəkətlərini məhdudlaşdırmalıdırlar. Belə nəqliyyat vasitələrinin güclü külək şəraitində idarə edilməsi çətinləşir və aşma riski artır. Yadda saxlayaq ki, hər bir məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin öngünlənməsinə töhfə verir.”

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tasnim: ABŞ ilə İran arasında memorandumla bağlı fikir ayrılığı davam edir

Next Article

Nərimanov rayonunda “Opel” markalı avtomobil alışaraq yandı, nəticədə həmin ərazidə park edilmiş “Mercedes”ə də zərər dəydi.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pensiya və müavinətlərin ödəniş tarixləri açıqlandı

Aysel Əlibəyli 06 Avqust 2026 · 13:07 1092 baxış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya və müavinətlərin ödəniləcəyi tarixlər məlum olub. Elpress.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına əsasən, Bakı, […]

Bakı Qızlar Universiteti mənfi rəy aldı

Aysel Əlibəyli 24 İyul 2026 · 16:03 1106 baxış Bakı Qızlar Universitetinin institusional akkreditasiyası “uyğun deyil” qiymətləndirilib Elpress.az xəbər verir ki, Akkreditasiya Şurasının növbəti iclasında Bakı Qızlar Universitetinin institusional akkreditasiyasının yekun nəticəsi “uyğun deyil” kimi […]

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1084 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

şagirdlər dərsdə cihazlardan istifadə edə bilməyəcək

Aysel Əlibəyli 29 İyun 2026 · 18:49 1096 baxış Dərs zamanı mobil cihazlara nəzarət güclənir: Yeni qaydalar məktəblərdə tətbiq ediləcək Azərbaycan məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib.Elm […]