Məktəblərin yeni tədris ilinə hazırlığı çərçivəsində sanitar-gigiyenik tədbirlər həyata keçirilir
Elpress.az xəbər verir ki, Bakıda ümumi təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı davam etdirilir.Hazırlıq çərçivəsində məktəblərdə sanitar-gigiyenik tədbirlər görülür, dezinfeksiya işləri aparılır. Bununla yanaşı, təhsil müəssisələrinin tədris avadanlıqları ilə təmin olunması və sinif otaqları ilə digər təlim məkanlarının hazırlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlər görülür.Məktəb ərazilərinin abadlaşdırılması və müəssisələrin yeni dərs ilinə tam hazır vəziyyətə gətirilməsi üçün də zəruri tədbirlər həyata keçirilir.Görülən işlərin əsas məqsədi şagirdlər üçün müasir, təhlükəsiz və sağlam təhsil mühiti yaratmaq, təlim prosesinin keyfiyyətli təşkili üçün lazımi şəraiti təmin etmək və məktəblərin yeni tədris ilinə hazırlığını tamamlamaqdır.


