--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda Formula 1 küçələrində hərəkət bərpa olunub

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 16:23 1088 baxış

Qran-pridən sonra mərkəzi küçələr sürücülərin istifadəsinə verilib

Elpress.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-prisi 2026 başa çatdıqdan sonra Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti mərhələli şəkildə bərpa olunub.Yarışın yekunlaşmasının ardından şəhər halqasının infrastrukturu və Azneft dairəsində quraşdırılmış tribunaların sökülməsi işlərinə başlanılıb. İşlərin aparılması ilə yanaşı, mərkəzi küçələr də nəqliyyatın istifadəsinə qaytarılıb.Yarış marşrutunun bəzi hissələrində tətbiq olunan məhdudiyyətlər bu gün saat 00:00-dan etibarən aradan qaldırılıb. Saat 12:30-dan etibarən isə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, digər yollarda hərəkət tam bərpa edilib.Qeyd olunub ki, Qran-pri həftəsində şəhərin mərkəzində nəqliyyatın daha rahat təşkili üçün əlavə tranzit imkanları yaradılıb. Səhər və axşam saatlarında əsas istiqamətlər üzrə müəyyən dəhlizlər açıq saxlanılaraq sürücülərin və şəhər sakinlərinin hərəkəti asanlaşdırılıb.2026-cı ildə nəqliyyat imkanlarının daha da genişləndirilməsi məqsədilə ilk dəfə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hindistanda leysan yağışlar 56 nəfərin həyatına son qoyub

Next Article

Aİ-nin 18 ölkəsi miqrasiyaya qarşı plan razılaşdırıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:19 1084 baxış Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava […]

Çimərliyə yollananlar üçün hava proqnozu

Aysel Əlibəyli 25 İyul 2026 · 09:36 1094 baxış Abşeron yarımadasında istirahət etməyi planlaşdıranlar üçün çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində çimərliklərdə şimal-şərq küləyi əsəcək, […]

Bakıda güclü külək ağacları zədələyib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 18:42 1068 baxış Paytaxtda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb Elpress.az xəbər verir ki, Bakıda gün ərzində müşahidə olunan güclü külək yaşıllıqlara da təsir göstərib. Küləyin yaratdığı fəsadlar […]

Subbakalavrların qəbul narazılığı

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:50 1096 baxış Ali məktəblərə imtahansız qəbul qaydaları dəyişdi: Subbakalavrlar narazıdır, DİM-dən cavab gəldi Elpress.az xəbər verir ki, Ölkədə bəzi subbakalavrlar ali təhsil müəssisələrinə qəbul qaydalarındakı son dəyişikliklərdən narazılıqlarını […]