--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda 71 məzun qızıl və gümüş nişanla təltif olunub

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:27 1038 baxış

Paytaxt məktəblərinin 42 məzunu qızıl, 29 məzunu isə gümüş nişana layiq görülüb

Elpress.az xəbər verir ki, Bakıda ümumi təhsil müəssisələrinin XI sinfini başa vuran 71 məzun xüsusi nailiyyətlərinə görə qızıl və gümüş nişanla təltif olunub.Onlardan 42-si qızıl, 29-u isə gümüş nişana layiq görülüb.Qızıl nişanla təltif olunan məzunlar arasında 5, 63, 88, 113, 182, 226, 270 və 272 nömrəli tam orta məktəblərin, 6 və 70 nömrəli məktəb-liseylərin, həmçinin Kimya və biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Bakı Avropa liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Humanitar fənlər təmayüllü lisey, Texniki-humanitar lisey və G. Əsgərova adına məktəb-lisey kompleksinin məzunları yer alıb.Gümüş nişana isə 17, 26, 157, 189-190 və 281 nömrəli tam orta məktəblərin, 20, 220 və 264 nömrəli məktəb-liseylərin, 2 nömrəli Texniki-humanitar liseyin, 291 nömrəli Ekologiya liseyinin, Akademik Zərifə Əliyeva adına liseyin, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin, Kimya və biologiya təmayüllü respublika liseyinin, Texniki-humanitar liseyin, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin, G. Əsgərova adına məktəb-lisey kompleksinin və Elitar gimnaziyanın məzunları layiq görülüblər.Məzunların qızıl və ya gümüş nişanla təltif olunması ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər üçün müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Bu qaydalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Next Article

Beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah Ay tutulması baş verəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:38 1058 baxış Avqustun 28-də Ay tutulması müşahidə olunacaq, gələn il isə Günəş tutulması gözlənilir Elpress.az xəbər verir ki, Avqustun 28-də ilin son tutulma hadisəsi olan Ay tutulması baş […]

Xocasəndə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:15 1034 baxış Təmir işləri ilə əlaqədar Elçin Əzizov küçəsində hərəkət sentyabrın 14-dən məhdudlaşdırılacaq Elpress.az xəbər verir ki, Təmir işləri ilə əlaqədar sentyabrın 14-də saat 06:00-dan etibarən Binəqədi rayonunun […]

Azərbaycanda ukraynalı uşaqlar üçün xüsusi proqram

Aysel Əlibəyli 08 İyun 2026 · 15:03 1122 baxış Ukraynadan Azərbaycana gətirilmiş daha 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin olunub. Elpress.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, […]

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Aysel Əlibəyli 22 May 2026 · 17:45 1124 baxış Bakıda keçirilən WUF13 çərçivəsində bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə tədbiri baş tutub. Elpress.az- ın Qafqazinfo- a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasim zamanı […]