--:--:-- | 16 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat etdi

Aysel Əlibəyli 08 İyul 2026 · 14:41 30 baxış

Azərbaycan elminə dəyərli töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tanınmış akademik Əjdər Məcidov 88 yaşında dünyasını dəyişib.

Elpress.az xəbər verir ki, Akademik Əjdər Məcidov bu gün səhər saatlarında 88 yaşında vəfat edib. O, uzun illər Azərbaycan elmində mühüm xidmətləri ilə tanınıb və kimya sahəsində nüfuzlu alimlərdən biri kimi böyük hörmət qazanıb.Qeyd edək ki, Əjdər Məcidov 1966-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. 1985-ci ildə professor elmi adını alan alim, elmi fəaliyyəti dövründə ölkədə kimya elminin inkişafına mühüm töhfələr verib. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası-nın müxbir üzvü, 2017-ci ildə isə akademiyanın həqiqi üzvü seçilərək Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayıb. Onun vəfatı elmi ictimaiyyət üçün böyük itki hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ankarada NATO-nun 36-cı Zirvə Sammitinə rəsmi start verildi

Next Article

“Ərdoğan mənim xahişimə görə İsrailə qarşı müharibəyə qoşulmadı”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 09 İyul 2026 · 16:05 18 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda temperaturun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti […]

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 22 baxış Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil […]