--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ağdərədə müəmmalı tapıntı: Sümük qalıqları itkin ailəyə aid ola bilər

Aysel Əlibəyli 30 May 2026 · 10:41 117 baxış

Ağdərədə tapılan sümük qalıqları 1992-ci ildə itkin düşən ailəyə aid ola bilər

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkar edilib.

ELPRESS.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, qalıqlar kənd sakini Bəxtiyar Əsgərovun ailəsinə məxsus evdə apardığı axtarışlar zamanı üzə çıxıb.İlkin ehtimallara əsasən, sümük fraqmentləri 1992-ci ildə itkin düşmüş Qəribovlar ailəsinin üzvlərinə aid ola bilər.Xatırladaq ki, 1992-ci il martın 12-də Baş Güney kəndinin işğalı zamanı ailənin beş üzvü – Balay Qəribov, həyat yoldaşı Saray İsmayılova, qızları Zabilə və Ramilə Ələsgərovalar, həmçinin nəvəsi Nərgiz Xudaverdiyeva itkin düşüb. Onların taleyi ilə bağlı indiyədək dəqiq məlumat əldə edilməyib.Ailənin sağ qalan yeganə üzvü Bəxtiyar Əsgərov uzun illərdir yaxınlarının aqibətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.Aşkarlanan qalıqlar aidiyyəti qurumlar tərəfindən götürülərək ekspertizaya göndərilib. Onların kimə məxsus olduğu məhkəmə-tibbi və DNT analizlərinin nəticələrindən sonra müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüz boğazı qlobal narahatlıq yaratdı

Next Article

Oğuzda yol qəzası: 2 nəfər yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ayasofyada Ərdoğandan Quran qiraəti

Aysel Əlibəyli 29 May 2026 · 23:39 48 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı burada Qurani-Kərimdən ayələr […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 92 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

Şamaxıda Barbekü Festivalına start verildi

Aysel Əlibəyli 13 İyun 2026 · 23:52 38 baxış Şamaxının Meysəri kəndində Barbekü Festivalının ilk günü rəngarəng tədbirlər və kulinariya təqdimatları ilə yadda qalıb. Elpress.az xəbər verir ki, iki gün davam edəcək festival yerli və […]