--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:16 36 baxış

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə təkrar imtahanların nəticələri artıq elan olunub. İmtahanda iştirak edən şagirdlər öz nəticələri ilə müəyyən edilmiş qaydalar əsasında tanış ola bilərlər.

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə 21 iyun 2026-cı il tarixində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ təkrar imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 320 şagird əldə etdikləri nəticələri öyrənmək imkanı əldə edib.Şagirdlər imtahan nəticələri barədə məlumatı hər bir fənn üzrə topladıqları ümumi balı göstərməklə, həmçinin mobil operatorlar vasitəsilə imtahana buraxılış vərəqəsində qeyd olunan kodu 7727 nömrəsinə göndərərək əldə edə bilərlər.Nəticələrlə bağlı narazılığı olan şəxslər üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Müraciət etmək istəyən şagirdlər 1 iyul saat 10:00-dan 3 iyul saat 17:00-dək elektron ərizə vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə müraciət etməyən şəxslərin sonradan apellyasiya hüququ olmayacaq.Apellyasiya zamanı şagirdlərin müraciət etdikləri tapşırıqlar araşdırılacaq, ekspert rəyləri hazırlanacaq və nəticələr barədə məlumat müraciət edən şəxslərə SMS vasitəsilə göndəriləcək. Daha sonra onlar apellyasiya nəticələrini elektron sistem üzərindən görə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

PAŞA Sığortadan su basan avtomobilə 77 min manat ödəniş

Next Article

Küçədə və parkda siqaret çəkmək olarmı?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 173 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 8 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]