--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Zədələnmiş tanker Samsun sahillərində saya oturdu

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:15 1050 baxış

Qara dənizdə PUA hücumuna məruz qalaraq zədələnən tanker Türkiyənin Samsun vilayətində sahilə çıxıb.


Elpress.az xəbər verir ki, Honqkonq bayrağı altında üzən “M/T Golden Sapling” tankeri Türkiyə sahillərindən təxminən 90 mil aralıda hərəkətdə olarkən pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Hadisədən sonra gəmidəki 21 heyət üzvü “Maran Pytha” tərəfindən təxliyə olunaraq Rusiyanın Novorossiysk limanına aparılıb. Tankerdən son siqnalın avqustun 26-da saat 02:00 radələrində alındığı bildirilib.
Zədələnmiş gəmi bu gün Samsunun Alaçam rayonunda sahilə çıxaraq saya oturub. Əraziyə Sahil Mühafizəsi və Liman Baş İdarəsinin əməkdaşları cəlb edilib.
Tankerin sahildən hansı üsulla çıxarılacağı və hansı istiqamətə yedəyə aparılacağı aparılacaq qiymətləndirmələrdən sonra müəyyənləşdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah yağışlı hava gözlənilir

Next Article

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

OpenAI modelinin kibertəhlükəsizlik insidenti

Aysel Əlibəyli 23 İyul 2026 · 12:51 1084 baxış OpenAI kibertəhlükəsizlik sınağı zamanı insident baş verdiyini açıqlayıb Elpress.az xəbər verir ki, OpenAI kibertəhlükəsizlik sınaqları zamanı süni intellekt modellərindən birinin gözlənilməz davranış nümayiş etdirdiyini və “Hugging […]

Ukrayna Yaroslavldakı neftayırma zavoduna hücumu təsdiqləyib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:16 1042 baxış “Slavneft-YANOS” zavoduna zərbə endirilib, ərazidə yanğın baş verib Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Yaroslavl vilayətində yerləşən “Slavneft-YANOS” neftayırma zavoduna zərbə endirildiyini […]

Mask Ukraynaya “Starlink” icazəsi verə bilər

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:05 1032 baxış İlon Mask Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr üçün “Starlink”dən istifadəsinə razı ola bilər Elpress.az xəbər verir ki, Amerikalı sahibkar İlon Mask Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi […]