Ruslan Kravçenko xidməti avtomobillə xarici ezamiyyətə gedib
Elpress.az xəbər verir ki, Ukraynanın istefa vermiş Baş prokuroru Ruslan Kravçenko xidməti avtomobillə ölkəni tərk edərək xaricə gedib.Məlumata görə, Kravçenko hazırda xarici ezamiyyətdədir və səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.O bildirib ki, görüşlər zamanı beynəlxalq tərəfdaşlara Ukraynada korrupsiyaya qarşı mübarizə aparan qurumların fəaliyyəti barədə məlumat verməyi planlaşdırır.Kravçenko, həmçinin həmin qurumlarda nəzarətsiz təsirin cəmləşməsinin dövlət suverenliyi, qanunun aliliyi və demokratik institutlar üçün yaratdığı riskləri müzakirə edəcəyini qeyd edib.


