--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Trampa qarşı Ankarada sui-qəsd iddiası

Aysel Əlibəyli 14 Avqust 2026 · 17:57 1042 baxış

ABŞ Prezidenti Donald Trampa Ankarada səfəri zamanı mümkün sui-qəsd hazırlanması barədə məlumatın İran tərəfindən göndərilən informasiyanın ələ keçirilməsi nəticəsində əldə edildiyi iddia olunur.

Elpress.az xəbər verir ki, yayılan məlumatlara əsasən, İran xüsusi xidmət orqanlarının Trampın adını ABŞ və İsrailə qarşı fəaliyyət göstərən silahlı qruplara ötürülən mümkün “hədəf siyahısı”na daxil etdiyi bildirilir.İddialara görə, siyahıda İranın keçmiş ali lideri Ayətullah Əli Xameneinin ölümü ilə nəticələnən fevral bombardmanlarına icazə verdiyi hesab olunan şəxslərin adları yer alıb. Həmin şəxslər arasında ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu da göstərilib.

Məlumata görə, planın mümkün ssenarilərindən birində Trampın təyyarəsinin Ankara hava limanından havaya qalxması zamanı daşınan raket kompleksindən açılan atəşlə vurulması nəzərdə tutulub.İddialara əsasən, əldə edilən məlumatdan sonra ABŞ Məxfi Xidməti təhlükəsizlik tədbirlərini gücləndirib və prezidentin Türkiyədən başqa bir hərbi təyyarə ilə çıxarılması barədə qərar qəbul edib.

Bununla belə, yayılan məlumatlarda həmin informasiyanın konkret olaraq hansı kanal vasitəsilə əldə edildiyi və mümkün sui-qəsd planının hansı səbəbdən həyata keçirilmədiyi açıqlanmır.

Həmçinin Ankara hava limanı yaxınlığında daşınan raket kompleksinin görüldüyü barədə də iddialar səsləndirilib. Lakin bu məlumatın müstəqil şəkildə təsdiqlənib-təsdiqlənmədiyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl də Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə müxtəlif kəşfiyyat məlumatlarının yayıldığı bildirilmişdi.Hadisə ilə bağlı yayılan məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Next Article

Qaradağda palçıq vulkanlarının mühafizəsinə həsr olunan tədbir keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

CENTCOM SEPAH-ın iddiasını təkzib etdi

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:39 1026 baxış ABŞ Mərkəzi Komandanlığı: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib Elpress.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsində supertankerin minaya düşması ilə […]

Uitkoff və Kuşner Moskva və Kiyevə səfər edəcəklər

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 13:03 1024 baxış ABŞ nümayəndələrinin sentyabrın 5-6-da Rusiya və Ukraynaya səfəri gözlənilir Elpress.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin sentyabrın […]