--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Aysel Əlibəyli 09 İyun 2026 · 22:31 1158 baxış

Avropa Komissiyası Əlcəzairin “Air Express Algeria” aviaşirkətini Avropa İttifaqının hava təhlükəsizliyi üzrə qara siyahısına daxil edib.

Elpress.az əl-cəzirə- yə istinadən xəbər verir ki, qərardan sonra aviaşirkətin Aİ-yə üzv ölkələrin hava məkanında uçuşlar həyata keçirməsi qadağan olunub.Avropa Komissiyası bildirib ki, aparılan yoxlamalar zamanı aviasiya təhlükəsizliyi sahəsində ciddi problemlər və beynəlxalq standartlara uyğunluqla bağlı çatışmazlıqlar aşkarlanıb. Məhz bu səbəbdən şirkətə qarşı məhdudlaşdırıcı tədbir tətbiq edilib.Qurum pozuntuların detalları və qadağanın ləğvi üçün yerinə yetirilməli şərtlərlə bağlı əlavə məlumat açıqlamayıb.“Air Express Algeria” isə hələlik qərarla bağlı hər hansı rəsmi mövqe bildirməyib.Qeyd edək ki, Avropa İttifaqının Hava Təhlükəsizliyi Siyahısı 2006-cı ildən qüvvədədir və beynəlxalq təhlükəsizlik tələblərinə cavab verməyən aviaşirkətlərə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.Bununla yanaşı, Avropa Komissiyası Qırğızıstanda qeydiyyatdan keçmiş bütün aviaşirkətlərin təhlükəsizlik göstəricilərində irəliləyiş qeydə alındığını əsas gətirərək onları qara siyahıdan çıxardığını da açıqlayıb.2002-ci ildə yaradılan “Air Express Algeria” əsasən neft-qaz sənayesinə xidmət göstərir, işçi daşımaları, tibbi təxliyə, VIP uçuşlar və yüngül yük daşımaları həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsrail İrana qarşı ağır zərbə və müharibəyə hazırlıq planı qurur

Next Article

Dostunu öldürən şəxsə cəza kəsildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran–İsrail gərginliyi: hava bazaları vuruldu

Aysel Əlibəyli 08 İyun 2026 · 19:34 1132 baxış İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq bildirib ki, İsrailə məxsus strateji əhəmiyyət daşıyan Nevatim və Tel Nof aviabazaları raket hücumlarının hədəfinə çevrilib və həmin […]

Rusiyanın Krasnodar diyarında PUA hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 08:31 1094 baxış Rusiyanın Krasnodar diyarının Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində insan tələfatı qeydə alınıb. Elpress.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Krasnodar diyarının qubernatoru Veniamin […]

Bakıda gənclərin iqlim fəaliyyətində rolu müzakirə edilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:16 1076 baxış İqlim Forumunda gənclərin qərarvermə proseslərinə daha fəal cəlb olunmasının vacibliyi vurğulanıb Elpress.az xəbər verir ki, Bakı İqlim Həftəsi çərçivəsində keçirilən “Youth-led Climate Forum”da gənclərin iqlim dəyişikliyi […]