--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Odessa yaxınlığında azərbaycanlı dənizçilərin olduğu gəmiyə PUA hücumu olub

Aysel Əlibəyli 30 İyul 2026 · 16:30 1110 baxış

Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi üç PUA-nın hücumuna məruz qalıb.

Elpress.az xəbər verir ki, Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu “ATA-2” quru yük gəmisinə üç pilotsuz uçuş aparatı ilə hücum edilib.Məlumata görə, Albatros Corporation şirkətinə məxsus gəmi ciddi zədələnib və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir. Gəmidə 13 nəfərlik ekipaj olub. Onlardan 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.İlkin məlumata əsasən, hücum nəticəsində ölən və xəsarət alan olmayıb.Qeyd edək ki, iyulun 14-də də Odessa sahilləri yaxınlığında azərbaycanlıların olduğu “Atlas Bey” mülki ticarət gəmisi dron hücumuna məruz qalmışdı. Həmin hadisə zamanı gəminin kapitanı Səməd Nəsrullayev həlak olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Next Article

“Kətanda susan, rənglərdə danışan duyğular – Zöhrab Salam-zadeh ilə özəl müsahibə”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynaya gecə zərbələri: ölən və yaralananlar var

Aysel Əlibəyli 25 Avqust 2026 · 09:02 1096 baxış Rusiya qüvvələrinin Ukraynaya gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində Zaporojye və Xarkov şəhərlərində ölənlər var. Elpress.az xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə […]

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:24 1072 baxış Gürcüstan universitetlərində təhsil haqqının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanda dövlət universitetlərində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.Təhsil, Elm […]