--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Makron hakimiyyətinin böhranı dərinləşir: Fransa siyasi və iqtisadi çıxılmaz vəziyyətlə üz-üzə

Aysel Əlibəyli 29 İyul 2026 · 21:16 1080 baxış

Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə ölkədə yaranmış siyasi və iqtisadi problemlər beynəlxalq ekspertlərin diqqət mərkəzində qalmaqda davam edir.

Elpress.az xəbər verir ki, son illərdə parlamentdə yaşanan fikir ayrılıqları, sosial etirazların artması, dövlət borcunun yüksəlməsi və büdcə kəsirinin dərinləşməsi Makron hökumətinə qarşı tənqidləri gücləndirib.

Müşahidəçilərin fikrincə, hökumətin qəbul etdiyi bir sıra qərarlar ölkədə siyasi sabitliyə mənfi təsir göstərib. Xüsusilə parlamentlə icra hakimiyyəti arasında yaranan gərginlik, sosial islahatlara qarşı keçirilən etiraz aksiyaları və iqtisadi çətinliklər Fransanın daxili gündəmini müəyyən edən əsas mövzular sırasındadır.Bununla yanaşı, Fransanın Afrika və Cənubi Qafqaz istiqamətində apardığı xarici siyasətin də gözlənilən nəticələri vermədiyi, bu səbəbdən rəsmi Parisin bəzi bölgələrdə təsir imkanlarının zəiflədiyi bildirilir.

Analitiklər hesab edirlər ki, qarşıdakı dövrdə Makron administrasiyasını həm daxili siyasi sabitliyin bərpası, həm də iqtisadi problemlərin aradan qaldırılması istiqamətində ciddi sınaqlar gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdaşdakı musiqi məktəbi Habil Əliyevin adını daşıyacaq

Next Article

Bakının bir sıra magistrallarında avtomobil sıxlığı artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp Venesuelanı “51-ci ştat” elan etdi

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:58 1122 baxış Donald Trampın Venesuela ilə bağlı sosial şəbəkə paylaşımı müzakirələrə səbəb olub Elpress.az xəbər verir ki, Donald Tramp sosial media hesabında Venesuelanı ABŞ-ın “51-ci ştatı” kimi qələmə […]

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Aysel Əlibəyli 18 İyun 2026 · 18:38 1210 baxış Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın NATO ilə keçirdiyi hərbi təlimlərə dair açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın ərazisində keçirilən “Qartal tərəfdaş-2026” beynəlxalq […]