--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

FSB polkovniki ölü inəyin içində ölkədən qaçdı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:27 1096 baxış

Rusiyanın keçmiş kəşfiyyatçısı Dmitri Senin Kremldən necə xilas olduğunu açıqlayıb

Elpress.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş yüksək vəzifəli əməkdaşı, 47 yaşlı Dmitri Senin ölkədən qaçmaq üçün müraciət etdiyi qeyri-adi üsulla beynəlxalq medianın gündəminə gəlib. Keçmiş agentin sözlərinə görə, o, korrupsiya araşdırması apardığı zaman “xəyanət” ittihamı ilə üzləşib və Kremlin təqiblərindən xilas olmaq üçün Rusiyadan Qazaxıstana ölü inəyin cəsədinin içində keçib.​Sərhəddəki termal kameralara düşməmək üçün əyninə rezin geyim, əleyhqaz geyinərək bədənini alüminium folqa ilə bükən Senin qaçaqmalçıların köməyi ilə inək cəsədində təxminən bir saat gizləndiyini bildirib. Traktora yüklənən heyvan meyiti ilə sərhədi keçdikdən sonra piyada yolla əvvəlcədən müəyyənləşdirilən nöqtəyə çatıb və daha sonra Monteneqroya sığınıb. Hadisə dünya mətbuatında böyük rezonans doğurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tiktoker “Arzum”un faciəvi qəza detalına baxış

Next Article

Paşinyan hökuməti istefa verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nyu-York birjasında təbii qaz bahalaşıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:27 1088 baxış “NYMEX” əmtəə birjasında təbii qazın fyuçers kotirovkalarının qiyməti artıb Elpress.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətində artım qeydə alınıb. […]